Onun hücumameyilli komandalardan birinə yollanması lazımdı Elvinə tövsiyə
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bilindiyi kimi, “Futbol+”in 27-ci dəfə keçirdiyi “İlin ən yaxşı futbolçusu” sorğusunun qalibi “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev oldu.
Bəllidi ki, bu sorğuda futbol ictimaiyyətinin əksər nümayəndələrinin səs haqqı olduğundan, qalibin bu adı nə dərəcədə haqq edib-etmədiyi müzakirəyə qapalı mövzudu. Kimsə Elvinin qələbəsinə şübhə edə bilməz. Bir daha xatırladaq ki, “Qarabağ”ın cinah müdafiəçi ən yaxın izləyicisi – həmklubu Bəhlul Mustafazadəni 96 xal qabaqladı.
İndi sual doğuran daha bir məqam 2025-in ən yaxşı futbolçusunun karyerasının necə davam edəcəyidi. Müasir futbolda daha uca zirvələrə qalxmaq üçün sükanı olduğu kimi saxlamaq belə işə yaramaya bilər. Bununla belə, ilin ilk günlərində Elvinlə bağlı maraqlı iddialar ortaya atılıb. Məsələn, “Qarabağ” onunla cari mövsümün sonuna qədər qüvvədə olan müqavilənin müddətini daha 3 il artırmaq niyyətindədi. Son bilgi belədi ki, sol cinah müdafiəçisi özü də bu addımda maraqlıdı. Azı ona görə ki, başqa kluba gedəcəyi təqdirdə sabiq komandasına daha çox pul qazandıra bilsin.
Başqa klub demişkən, futbolçuya ölkə xaricindən gələn təkliflər də var. Bəzi həmkarlarımız bildirir ki, A seriyasının bir neçə iştirakçısı Elvinlə yaxından maraqlanır. Öz aramızdı, 25 yaşlı oyunçu da legioner həyatı yaşamaq istəyir. O, hələ bir neçə ay əvvəl demişdi ki, yaxşı təklif gəlsə, “Qarabağ”dan gedəcək, sadəcə, bunun üçün şərtlər uyğun olmalıdı.
Bəs, Elvin hazırda hansı addımı atmalıdı ki, karyerasında daha ciddi irəliləyişə nail olsun? Onun legioner həyatı yaşamağa hazır olduğunu demək mümkündümü? Bu sualları təcrübəli mütəxəssis Arif Əsadova ünvanladıq:
“Əvvəl Elvini ilin ən yaxşı futbolçusu adı alması münasibətilə təbrik edirəm. Futbol ictimaiyyətinin əksəriyyətinin iştirakıyla keçirilən sorğuda qalib gəlmək yetərincə şərəfli və məsuliyyətli ünvandı. Bununla belə, Elvin 2025-ci ildə böyük işlər gördü. Düzü, onun oyunlarda yol verdiyi bəzi davranışları “Qarabağ”ı pis vəziyyətdə qoyurdu. Komandanın ümumi çıxışına mənfi təsir edirdi. Lakin Elvin bu problemi aradan qaldırmaqla qalib olmağı bacardı. Ona uğurlar arzulayıram. İndiki kimi davam edəcəyi təqdirdə daha bir neçə dəfə ilin ən yaxşı futbolçusu seçilə bilər. İstəyərəm ki, xarici klublara üz tutsun. Ancaq “Qarabağ”dan zəif komandaya getməsini arzulamıram. “Qarabağ” bu gün Çempionlar Liqasında sözünü deyən komandalar sırasındadı. İstərdim ki, Elvin elə belə mötəbər turnirdə çıxış edən komandalardan birində forma geysin. O başqa məsələ ki, futbolçu bu gün “Qarabağ”a da lazımdı. İstənilən halda, təklif həm klubu, həm də oyunçunu qane etməlidi. Elvin yalnız belədə “Qarabağ”dan ayrıla bilər. Həmçinin onun hücumameyilli komandalardan birinə yollanması lazımdı. Cəfərquliyevin oyun üslubu “2 nömrə” kimi çıxış etməyə uyğun deyil. O, yalnız meydandakı hadisələrin axarına diqtə edən komandada yaxşı performans göstərə bilər”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Yanvar 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















