Əlvvəlcə Qurbanov, sonra Yanev
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya, Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Futbolpress.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 22-də saat 18:00-da “Azersun Arena”da baş tutacaq. Saat 18:20-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandamızın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Hristo Yanevin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı 19:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – ÇSKA görüşü saat 20:00-da başlayacaq.
Baxış sayı:63
Bu xəbər 21 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















