Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Elxan Şahinoğlu: “Vaşinqton Qətər variantından imtina etməyib”

Elxan Şahinoğlu: “Vaşinqton Qətər variantından imtina etməyib”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ Prezidenti Donald Tramp yeni ilə qədər İrana qarşı müharibənin başlamayacağına işarə vurub. Onun “İranla bağlı hər hansı qərar qəbul etməkdə tələsmirəm. Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq” sözləri də bundan xəbər verir. Tramp müharibə əvəzinə İrana qarşı iqtisadi təzyiqi artırmağa üstünlük verir.Vaşinqton eyni zamanda Tehranla danışıqlar aparmağa da həvəs göstərmir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu mənada Vaşinqtonun Tehranla danışıqlar aparmaq üçün vasitəçiyə ehtiyacı yoxdur:

“Pakistan bir müddət ABŞ ilə İran arasında vasitəçi rolunda çıxış etsə də, hazırda İslamabad fəallıq nümayiş etdirmir. Çünki hazırkı şərtlər altında ABŞ ilə İranın mövqelərini yaxınlaşdırmaq mümkün deyil. İran ballistik raket istehsalından imtina etməyib, Hörmüz boğazı ətrafında gərginlik davam edir. Digər tərəfdən İrandakı rejimin Pakistanın vasitəçiliyinə etibar etmədiyini söyləmək mümkündür.

İranlı siyasətçilər, ekspertlər və hətta hökumət rəsmiləri Əfqanıstan-Pakistan gərginliyindən çıxış edərək İslamabadın vasitəçiliyini şübhə altına alıblar. İş o yerə çatıb ki, Tehran İslamabada Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşmasına köməyini təklif edib.
İslamabad Tehranın bu təklifini cavabsız qoyub. İran Parlamentində Pakistanın siyasətini tənqid edənlərin sayı artıb. İranlı deputat Möhsün Zənganə İslamabad Vaşinqtondan gələn təlimatlara uyğun hərəkət etdiyini deyib”. 

Onun sözlərinə görə, Tehran Pakistanın əvəzinə Qətərin vasitəçiliyinə üstünlük verib:

“Vaşinqton Qətər variantından imtina etməyib. Ancaq hazırda Qətərin də vasitəçiliyinə ehtiyac yoxdur. ABŞ-nin siyasi dairələrində də Pakistana münasibət birmənalı deyil. ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şəriflə dostluq münasibətlərinə malik olsa da, Konqresdə İslamabada fərqli baxış var.

Konqresi nəzarətə götürən Demokrat Partiyası Trampın xarici siyasətini və baxışlarını bölüşmür. 2025-ci ildə Nümayəndələr Palatasındakı demokratlar dövlət katibi Marko Rubioya məktub yazaraq Pakistan rəsmilərinə viza qadağası və aktivlərin dondurulmasını tələb ediblər. ABŞ 2001-ci ildən bu yana terrorizmə qarşı mübarizə əməkdaşlığı müqabilində Pakistana 30 milyard dollardan çox yardım və hərbi ödənişlər edib.

Ancaq 2021-ci ildə Talibanın Əfqanıstanın paytaxtı Kabildə hakimiyyətə qayıtmasından sonra vəziyyət dəyişib. ABŞ-ın Pakistana ehtiyacı azalıb. Bu da İslamabadı bölgədəki tərəfdaşlarıyla fərqli ittifaqlara sövq edir. Bunlardan biri “Məkkə Sazişidir” və “Bədr Müqaviləsi” imzalayıb.

Məqsəd bölgə ölkələri ilə hərbi tərəfdaşlığı gücləndirməkdir. Bu sazişlərin işlək olub-olmayacağını gələcək göstərəcək, hələ ki, Yəməndəki husilərin hücumlarına məruz qalan Səudiyyə Ərəbistanı müttəfiqlərindən arzuladığı dəstəyi ala bilməyib”.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:22
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri