Icma.az
close
up
RU
Əmanət faizlərində artım: hansı banklara pul qoymaq sərfəlidir?

Əmanət faizlərində artım: hansı banklara pul qoymaq sərfəlidir?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Məlum olduğu kimi, Azərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə, yəni 12 faizlə qəbul etməyə başlayıb. Əmanət faizlərindəki artım daha çox banklardakı likvidliyin azalmasından qaynaqlanır".

Bunu Bakupost.az -a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, banklararası bazarın son 2 ildə müəyyən inkişaf mərhələsinə çatması sistem əhəmiyyətli banklardan maliyyə vəsaitlərinin digər banklara axmasına və dolayısı ilə də maliyyə bazarlarına yönəldilməsinə şərait yaradıb:

“Depozit faizlərinin yüksəlməsinin bir müsbət tərəfi var ki, vətəndaşlar vəsaitlərini banklarda yerləşdirməyə həvəsli olurlar. Bu isə passiv yığımların banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi və pulun dövriyyə sürətinin artması, multipikativ effektin yaranmasına, eyni zamanda müəyyən sosial qrupların gəlirlərinin artmasına gətirib çıxarır. Mənfi hal budur ki, əmanət faizlərinin yüksək olması kredit faizlərinin də artmasını şərtləndirir, bu da iqtisadiyyata daraldıcı təsir göstərən amildir”.

Ekspert bildirir ki, banklar əhalidən yüksək faizlə topladıqları vəsaitləri aşağı faizli və uzunmüddətli biznes kreditlərinə deyil, yüksək faizli və qısamüddətli istehlak kreditlərinə yönəltməklə gəlirliliyi təmin etməyə çalışırlar:

“Bu səbəbdəndir ki, son vaxtlar istehlak kreditləri üzrə faizlərdə artım müşahidə olunur”.

Millət vəkili Vüqar Bayramovun dediyinə görə, son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Hətta nəinki illik depozit faizləri, 3 aylıq faizlər belə 3 faizədək artıb. Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olur:

"Hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12, xarici valyutada isə 2.5 faizdir. Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da, hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq, sığortalanmır. Yəni, bank müflis olarsa, o əmanətlər geri qaytarılmır. Əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil”.

İqtsadçı ekspert Pərviz Heydərov Azərbaycanda kommersiya banklarının təklif etdiyi kredit faizlərinin məbləğinin və səviyyəsinin yüksək həddədə olduğunu bildirib:

“Mövcud məsələ ilə bağlı çoxlu narazılıqlar var. Lakin anlamaq lazımdır ki, kredit özü bir əmtəə vasitəsini ifadə edir. Pul alğı-satqısını ehtiva edir. Digər əmtəə vasitələrində olduğu kimi, pul alğı-satqısında da tələb və təklif nisbəti qiymətin kredit üzrə hesablanan faiz dərəcəsinin müəyyən olunmasında əsas səbəb rolunda çıxış edir. Əgər kredit faizləri yüksəkdirsə, bu o deməkdir ki, pul təklifinin qiyməti yüksəkdir. Bu da müəyən tələblə təkifin nisbətidir. Ölkədə istehlak kreditlərinə, həqiqətən də, çox böyük tələbat var. Bu tələbatdan irəli gələrək kredit faizlərini yüksək həddə saxlayırlar. Çünki banklarda likvidiklik, nağd pul həcminin səviyyəsi eyni həddə deyil. Likvidlik səviyyəsi yalnız iri, nəhəng banklarda yüksək səviyyədə sayılır. Digər banklar üzrə isə likvidiklik, yəni nağd pul həcmi səviyyəsi ucuz kreditlər vermək üçün heç də uyğun praktika hesab edilmir. Buna görə də, kredit faizləri yüksəkdir”.

P.Heydərov kredit faizlərinin aşağı düşməsi üçün müəyyən şəraitin yaranmasına ehtiyac olduğunu vurğulayıb: “Kredit faizlərinin aşağı düşə bilməsi üçün ölkədə bütün banklar üzrə likvidiklik səviyyəsi, yəni nağd pul ehtiyatı tələb olunan səviyyədə təşkil edilməlidir. Bütün banklar uzun, o cümlədən qısa müddətdə kredit təkliflərində zəruri, lazımi, tələb olunan pul ehtiyatlarına sahib olmalıdır”.

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Aprel 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri