Icma.az
close
up
RU
Əmək bazarında peşə təhsilinə ehtiyac varmı?

Əmək bazarında peşə təhsilinə ehtiyac varmı?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və regionlarda birgə fəaliyyətin təşkili məqsədilə görüş keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, görüşdə bölgələrdə təşkil olunan festivallarda peşə təhsili müəssisələrinin fəal iştirakı, aqrar sahədə dövlət dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələrində agentliyin təmsil olunması, eləcə də regionlarda birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Müzakirələr zamanı peşə təhsili alan tələbələrin müasir aqrar texnologiyalar və innovativ yanaşmalarla tanışlığının təmin edilməsi, onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxışının dəstəklənməsi, həmçinin təhsil müəssisələrinin aqrar sektorla inteqrasiyasının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Xüsusilə regionlarda keçirilən Aqrar Biznes festivallarında peşə təhsili müəssisələrinin iştirakının əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, bu platformalar tələbələrin real iş mühiti ilə erkən mərhələdə əlaqə qurmasına və gələcək məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, agentliyin bölgələrdə keçirilən aqrar biznes festivallarında iştirakı mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər tələbələrin yeniliklərlə yaxından tanış olması, peşə təhsili müəssisələrinin öz fəaliyyətlərini təqdim etməsi və aqrar sektorda mövcud iş imkanları barədə məlumat əldə etməsi baxımından əhəmiyyətlidir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə qeyd edib ki, regionlarda keçirilən aqrar biznes festivalları dövlət qurumları, təhsil müəssisələri və sahibkarlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün effektiv platformadır.

Peşə təhsili müəssisələri ilə qurulan əməkdaşlıq tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına və real sektorun tələblərini daha yaxından tanımasına imkan yaradır.

Görüşün yekununda aqrar sahədə dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələrində Peşə Təhsili üzrə Dövlət Agentliyinin iştirakının təmin edilməsi, regionlarda birgə tədbirlərin təşkili və əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsi barədə razılıq əldə olunub.

Tərəflər gələcək dövrdə birgə layihələrin davamlı icrası istiqamətində əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri