Icma.az
close
up
RU
Əmək fəaliyyətinə çörəkbişirən kimi başlayan sabiq deputat tikinti maqnatına necə çevrildi?

Əmək fəaliyyətinə çörəkbişirən kimi başlayan sabiq deputat tikinti maqnatına necə çevrildi?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ramiz Mehdiyevin himayəsində olmuş keçmiş deputat və iş adamı Əsabil Qasımov indi “boz kardinal”ın kölgəsini qamçılayır, onunla düşmən olduğunu bildirir. Bu yaxında Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev keçmiş həmkarı, İmişlini parlamentdə təmsil etmiş Əsabil müəllimin sözlərindən xəbər tutub hiddətlənmişdi. Ramiz Ənvəroviçin kürəkəninin dediyinə görə Əsabil Qasımov onların qapısının ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabılarını cütləyən adam olub. “Bir qədər də dərinə getsə, vaxtı ilə yaltaqcasına bizim məclisdə oturub, şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb, onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdıraram”, deyə keçmiş millət vəkili İlham Əliyev bildirmişdi. Ramiz Mehdiyevin patronajlığı ilə “un kralı” kimi tanınan Əsabil Qasımovun geniş biznes fəaliyyəti Azərbaycanın hüdudlarından kənara- Rusiya, Qazaxıstan, Gürcüstana hətta Kiprə, Birləşmiş Ərəb Əmirliklərinə də gedib çıxırmış. 1995-ci ildən “Karat Holdinq” adlı şirkətlə un və taxıl ticarəti bazarına daxil olmuş Əsabil müəllim “Karat”, “Karmen”, “Aveta”, “Gəncə Dəyirman”, “Karat-Taxıl” və digər MMC-ləri əlində saxlayıb.
Daxili bazarda möhkəmlənən Əsabil Qasımov sonra xaricdə də iş görməyə başlayıb. Məsələn, Rusiyanın Jeleznovodsk şəhərində dəyəri 2 milyard rubldan çox olan 500 çarpayılıq “İstoçnik” sanatoriyasını tikdirib. Daha sonra “İstoçnik”lərin sayını artırıb. Bu şirkətin nizamnamə kapitalının 50%-i Əsabil Qasımovun oğlu Taleh Qasımova, 30%-i Azərbaycanın “Karat Holdinq” şirkətinə, 20%-i isə “Sanatoriya İstoçnik” şirkətinə məxsusdur. Deyilənə görə bu sanatoriyalardan birinin açılışına erməni iş adamlarını da dəvət edibmiş.
Qazaxıstanın Kostanay vilayətində yerləşən “Carkulskiy Elevator” adlı taxıl kombinatının səhmdarları arasında da Əsabil Qasımovun şirkətləri var. 2016-2020-ci illərdə Qasımovun adı keçən bir neçə şirkət Rusiya, Kipr və BƏƏ istiqamətində iri həcmli transferlər edib. “Karat Holdinq”in Rusiya və Qazaxıstanda filialları da açılıb.
Maraqlıdır ki, Əsabil Qasımov kommersiya işlərini deputat olduğu dövrdə genişləndirib. Halbuki deputatın kommersiya, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qanun qadağan edir. Görəsən bu qadağaları aşmaqda ona kim kömək edib? Bəlkə düşmən adlandırdığı Ramiz Mehdiyev? Hadisələrin gedişatı bu ehtimalı gücləndirir. Çünki Ramiz Mehdiyevin mövqeyinin zəifləməsi ilə Əsabil Qasımovun şirkətlərinin fəaliyyəti də zəifləməyə başlamışdı. Amma Rusiyaya sərmayə yatırması davam edib. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurmasına səfərbər olduğumuz bir vaxtda Moskvada mehmanxana biznesinə girişən, təkcə sanatoriya tikintilərinə 100 milyon dollardan çox maliyyə sərf edən Əsabil Qasımovun niyyəti nədir?
Deməli bu adam Bakının Nəsimi, Nərimanov, Yasamal rayonlarında qardaşı Vüqar, qardaşı oğlanları Şahin, Elvin (“Bizim Ev” MTK), Nərimanovda başqa bir qardaşı oğlunun vasitəsilə inşaat sektoruna girişib. Özü əmək fəaliyyətinə çörəkbişirən kimi başlasa da indi sadə, kasıb insanlara yuxarıdan aşağı baxır, sökdürdüyü evlərin sakinlərinə “siçovullu evlərdə siçovul kimi yaşayanlar” deyərək onlara zülm verdirir, qazandığı pulları isə ölkəyə yatırmayıb Rusiyaya yönəldir? Görəsən oradan əldə etdiyi qazanc hara gedir? 2017-ci ildən başlayaraq Rusiyada sahibkarlıq fəaliyyətini gücləndirməsiundə məqsəd nə olub?
S.Babayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri