Əmək haqqı ilə bağlı mühüm addım
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq.
Bununla bağlı məsələ iqtisadi ekspertlərlə Mərkəzi Bankın sədri Taleh Kazımov arasında keçirlən görüş zamanı müzakirə edilib.
Bildirilib ki, bununla bağlı Mərkəzi Bank ekosistemin qurulması üçün digər banklara da icazə verəcək. Hazırda hesabların daşınması mexanizminin qurulması və digər texniki məsələlərlə bağlı iş davam etdirilir. Yeniliyin bu ilin ikinci yarısından etibarən həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanda təqaüd və digər sosial ödəmələr bir neçə iri bank üzərindən həyata keçirilir.

Minimum əmək haqqı ilə bağlı MÜHÜM AÇIQLAMA
18 Noyabr 2024 17:48
Əmək pensiyası ilə bağlı MÜHÜM XƏBƏR
27 Noyabr 2024 10:08
Əmək müqavilələri ilə bağlı MÜHÜM AÇIQLAMA
19 Dekabr 2024 11:21
Əmək pensiyası ilə bağlı mühüm xəbər
13 Dekabr 2024 12:53
Əmək haqqı artdı
16 Yanvar 2025 12:18

