Icma.az
close
up
RU
Bu, Azərbaycanın diplomatik gücünün parlaq nümunəsidir Deputat

Bu, Azərbaycanın diplomatik gücünün parlaq nümunəsidir Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"1991-ci ildə müstəqilliyini bərpa etdikdən siyasi böhran, iqtisadi çətinliklər və Ermənistan tərəfindən təcavüzlə üzləşən Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişaf və tərəqqi dövrünə qədəm qoymuşdur.  Müdrik dövlət xadimi 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Bu əlamətdar hadisə ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur və xalqın taleyində dönüş nöqtəsi hesab edilir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, həmin dövrdə dahi Liderin gərgin səyləri sayəsində ölkəmizdə hökm sürən xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin edildi.

"Müstəqilliyin ilk illərində görkəmli dövlət xadimi Heydər Əliyevin reallaşdırdığı ən mühüm hədəflərdən biri “Əsrin müqaviləsi” adlanan neft sazişinin imzalanması olmuşdur. 20 sentyabr 1994-cü il tarixli bu müqavilə Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynamış, ölkəmiz beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.  

Gənclərin inkişafı məsələsi Heydər Əliyevin reallaşdırdığı uğurlu siyasətin prioritet istiqamətlərindən biri olmuşdur. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Gənclər Forumunun keçirilməsi və 2 Fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndərin sözügedən sahəyə verdiyi əhəmiyyəti nümayiş etdirir. O, gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və elmi biliklərlə təmin olunmasını ümdə məsələlərdən biri kimi önə çəkirdi. Ümummilli Liderin xarici strategiyasında çeviklik, məqsədyönlülük və praqmatizm kimi dəyərlər prioritet hesab edilmişdir. 

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsində tarixi Qələbəmizin təməlində Ali Baş Komandanın ətrafında xalqımızın sıx birliyi, ölkəmizin davamlı inkişafı, xarici siyasətdə və ordu quruculuğunda əldə edilmiş böyük nailiyyətləri dayanır. Azərbaycanın Qarabağ bölgəsində apardığı bir günlük lokal xarakterli antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyən mühüm siyasi sənəddir.  2022-ci ildən başlayaraq hər il iyunun 15-də Şuşada keçirilən bu toplantılar regional əməkdaşlıq, təhlükəsizlik, postmüharibə dövründə yeni strateji çağırışlar kimi mühüm mövzulara həsr olunur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan konfranslarda nüfuzlu yerli və xarici ekspertlərin, siyasətçilərin iştirakı ilə fikir mübadiləsi aparılır, qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq mexanizmləri müəyyənləşdirilir. Şuşada keçirilən bu konfranslar həm də Azərbaycanın diplomatik gücünün və təşəbbüskarlığının parlaq nümunəsini nümayiş etdirir.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında həlledici rol oynamışdır. Heydər Əliyevin həyata keçirdiyi islahatlar, qəbul etdiyi tarixi qərarlar və uzunmüddətli strategiyalar, həmçinin Prezident İlham Əliyevin reallaşdırdığı siyasət sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir". 
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri