Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, eləcə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub.
Qanuna əsasən, bir sıra maddələr ləğv edilir və terminoloji dəyişikliklər aparılır. Belə ki, “sosial sığorta nömrəsi” anlayışı “fərdi identifikasiya nömrəsi (FİN)” ilə əvəz olunur.
Bununla yanaşı, Əmək Məcəlləsində əmək müqaviləsinin nümunəvi forması ilə bağlı bəzi ifadələr çıxarılır və bir sıra maddələrdə redaktə xarakterli dəyişikliklər edilir.
Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 10 Mart 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















