Icma.az
close
up
RU
Əmək qabiliyyətini itirənlər müavinəti bu qaydada alacaq

Əmək qabiliyyətini itirənlər müavinəti bu qaydada alacaq

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabahdan etibarən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Modern.az-ın məlumatına görə, müvafiq qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tibbi müəssisə tərəfindən elektron sənəd formasında tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülən xəstəlik vərəqinə dair məlumatlar əsasında, əmək qabiliyyətinin itirildiyi təqvim günləri üçün verilir. Bu müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil olunur.

Belə ki, müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin bir ildən çox olmayan müddət üçün ödənilir.

Qaydalara görə, müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin iyirmi beş mislindən və ya sığortaolunanın aylıq vəzifə maaşının və ya tarif dərəcəsinin iki qatından artıq ola bilməz. Müavinət sosial sığorta stajından asılı olmayaraq ümumi qazancın yüz faizi miqdarında ödənilir.

Müavinətin hesablanması əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl dörd rüb üzrə sığortaolunanın ümumi qazancı və həmin dövr üzrə təqvim günləri nəzərə alınmaqla müəyyən edilir.

Eyni zamanda, bölən təqvim günlərinin hesablanması zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, eləcə də qismən ödənişli sosial məzuniyyət dövrlərinə düşən günlər ümumi təqvim günlərindən çıxılır.

Əlavə olaraq, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. Xəstəlik fasiləsiz davam etdikdə ilk on dörd gün üzrə ödəniş yalnız bir dəfə həyata keçirilir, fasilələrlə davam etdikdə isə hər dəfə ayrıca hesablanır.

Sığortaolunanın əsas iş yeri ilə yanaşı əlavə iş yeri olduqda, ilk on dörd gün üzrə müavinət hər iş yeri üzrə ayrı-ayrılıqda hesablanır və ödənilir, qalan günlər üçün isə ümumi qazanc nəzərə alınmaqla məcburi dövlət sosial sığorta vəsaiti hesabına verilir.

Əlavə olaraq, əsas iş yerindən kənar muzdlu fəaliyyətə aid olmayan gəlir əldə edən sığortaolunanlar üçün ilk on dörd gün üzrə müavinət yalnız əsas iş yerindən əldə edilən qazanc əsasında hesablanır, sonrakı günlər üçün isə ümumi gəlir nəzərə alınır.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılması mümkün olmadığı hallarda isə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın müvafiq əlavəsinə uyğun olaraq sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

Yeni qayda mayın 1-dən tətbiq olunur. Bu tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri