Əmək və əhalinin sosial müdafiəsi naziri Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyib
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Həmin gün vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 İyul 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















