Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 avqust, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev avqustun 29-da İsmayıllı rayonunda İsmayıllı və Şamaxı sakinlərinin müraciətlərini dinləyəcək.
Həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar avqustun 19 - 21-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar nazirlə görüş üçün əvvəlcədən tərtib olunmuş siyahı əsasında qəbul ediləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 19 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















