Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Əmək və sosial müdafiə üzrə beynəlxalq əməkdaşlıq

Əmək və sosial müdafiə üzrə beynəlxalq əməkdaşlıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qlobal sülh və əməkdaşlığa, enerji təhlükəsizliyinə verdiyi töhfələrlə dünya birliyində öz mövqeyi ilə seçilən Azərbaycanın digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahələrində də beynəlxalq əlaqələri daim genişlənir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  BMT İnkişaf Proqramı, BMT Əhali Fondu, Beynəlxalq Əmək Təşkilatı (BƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA), Avropa Sosial Şəbəkəsi, digər beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq yaradıb.

Ötən ilin aprel ayında Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonun ölkəmizə səfəri və  Prezident İlham Əliyevlə görüşü əmək və məşğulluq sahəsində beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Azərbaycan ötən dövrdə təşkilatın 59 konvensiyasını, o cümlədən 9 fundamental, 4 prioritet konvensiyasını ratifikasiya edib. BƏT-in rəsmi saytında əmək münasibətləri və sosial dialoqun inkişafı sahəsində aparılan islahatlara dair təqdim olunan məlumatda Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən biri olduğu göstərilir. Qeyd edilir ki, sosial dialoqun iştirakçıları - Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)  ilə üçtərəfli məsləhətləşmələrlə Əmək Məcəlləsi qəbul edilib. Üçtərəfli Komissiya gücləndirilmiş sosial dialoqa əsaslanan uğurlu fəaliyyət göstərir.

Ratifikasiya olunmuş konvensiyalar əsasında ölkəmizdə əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün davamlı işlər görülüb. Hazırda BƏT-in “Sosial təminatın minimum normaları haqqında” və “Əməyin təhlükəsizliyi və gigiyenasının təşviq edilməsinin əsasları haqqında” konvensiyalarının da ratifikasiya imkanları araşdırılır. Eyni zamanda, ölkəmizlə BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra edilib və səmərəli əməkdaşlığın uğurlu davamı olaraq ötən ilin noyabr ayında növbəti “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.

Əmək və sosial müdafiə sahəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də səmərəli əməkdaşlıq edilir və ölkəmiz 2013 və 2023-cü illərdə İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfranslarına uğurla evsahibliyi edib. Qeyd edək ki, Prezident İlham Əliyevin İƏT-in Bakı şəhərində  Əmək Mərkəzinin yaradılması barədə təşəbbüsü üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənərək  ardıcıl işlər aparılıb və 2023-cü ilin noyabr ayında Bakıda keçirilən, 40-dan çox ölkənin nazir və digər yüksək səviyyəli rəsmilərinin, 7 beynəlxalq təşkilatın rəhbərinin  iştirak etdiyi İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Təşkilatın Bakıda üzv ölkələr üçün mühüm önəm kəsb edən beynəlxalq statuslu Əmək Mərkəzinin açılışı olub. 

Əmək Mərkəzi üzv dövlətlərdə əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün fəal iş aparır. Ötən il Mərkəzin İcraiyyə Şurasının İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçirilən iclası da bu istiqamətdə daha bir mühüm addım oldu. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhali sakinliyi və demoqrafik inkişaf, əhali proqnozlarının hazırlanması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması kimi önəmli iş sahələrində  BMT-nin Əhali Fondu ilə uğurlu birgə iş təcrübələrinə malikdir.  Həmçinin son illərdə Nazirliklə BMT İP və BMT Əhali Fondunun əlilliyi olan qadınlar,  müharibə veteranları ilə, BMT İP-nın sosial cəhətdən həssas qruplar üçün inklüziv və layiqli iş yerlərinin yaradılması üzrə birgə layihəsi də icra olunub.

Azərbaycan ölkəmiz üçün əsas beynəlxalq təşkilat olan Türk Dövlətləri Təşkilatı (TDT) ilə uğurlu, fəal əməkdaşlıq təcrübəsinə əsaslanaraq  Türk dövlətləri arasında əlaqələrin güclənməsi üçün mühüm işlər aparır. Ötən ay TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ölkəmizdə “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən ilk iclası da təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın yeni mühüm perspektivlərə doğru inkişafına xidmət edən mühüm addım oldu. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin iclasda qeyd etdiyi kimi, TDT əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda keçirilən ilk iclası  üzv ölkələrdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi hadisədir.

Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ölkəmizdə keçirilən, əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilən ilk iclası bu münasibətlərin inkişafına təkan verib. İclasda TDT ölkələrində sosial sahədə  uğurlu  təcrübələrin digər təşkilat ölkələri ilə paylaşılmasına maraq ifadə edildi. Yekunu olaraq imzalanan Bəyannamədə rəqəmsal transformasiya və yaşıl keçid dövründə heç kimin kənarda qalmaması üçün sosial müdafiə sistemlərinin təkmilləşdirilməsinin təxirəsalınmaz bir zərurət olduğu təsdiq edilir və əmək bazarındakı çağırışlara əlaqələndirilmiş cavabların hazırlanmasında TDT ölkələri arasında müntəzəm və institusional dialoqun dəyəri vurğulanır. 

Bəyannamədə əmək qanunvericiliyi, əməyin təftişi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizlik, gender bərabərliyi, sosial dialoq, beynəlxalq əmək standartlarının inkişafı, rəqəmsal alətlər, süni intellekt və innovativ həllər əsasında əmək münasibətlərinin tənzimlənməsi və məşğulluq xidmətlərinin göstərilməsi və s. sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, bu sahələrdə təcrübə mübadilələrinin aparılması öz əksini tapır. Üzv və müşahidəçi dövlətlərin müvafiq qurumları arasında Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə İşçi Qrupun yaradılması da nəzərdə tutulub. 

Daha bir  məqamı qeyd etmək lazımdır ki, 160-dan çox ölkənin 330-dək qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də uğurlu əməkdaşlıq həyata keçirilir. Təşkilatın Avropa Regional Sosial Təminat Forumu 2019-cu ildə Bakıda olub.  2022-ci ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri BSTA-nın Dünya Sosial Təminat Forumunda dünya ölkələri təmsilçilərinin səsverməsi ilə  təşkilatın Büro üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib.  Bir neçə ay əvvəl Assosiasiyanın keçirdiyi növbəti Dünya Sosial Təminat Forumunda da DSMF İdarə Heyətinin sədri səsvermə əsasında Assosiasiyanın ali idarəetmə orqanı olan BSTA Bürosuna üzv qəbul olunub. Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri isə Forumda BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün sədri seçilib.Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaq beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm qərarların qəbulunda, büdcə strategiyasının və prioritet hədəflərin müəyyən edilməsi prosesində yaxından iştirak imkanı qazandırır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə bildirdi ki, bütün bunlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir çox ölkələrin aidiyyəti dövlət qurumları ilə səmərəli ikitərəfli əlaqələrə malikdir. Nazirliklə qardaş Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında ötən dövrdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 8 sənəd imzalanıb və uğurla icra edilir. İki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya fəaliyyət göstərir. 

Qazaxıstanla da ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə sahələrində 5 əməkdaşlıq sənədi, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa dair Sazişin həyata keçirilməsi üzrə 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb və 2026–2027-ci illər üçün də Fəaliyyət Planının layihəsi hazırlanıb. Habelə ötən ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Qazaxıstanın Vahid Yığım Pensiya Fondu Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb. 

Azərbaycan  ilə Özbəkistan arasında da bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə sahələrində də əlaqələr daim genişlənir. Bu sahədə mühüm addımlardan biri kimi, 2024-cü ilin avqust ayında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri və Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Özbəkistanda müvəqqəti işləyən Azərbaycan və Azərbaycanda müvəqqəti işləyən Özbəkistan vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş imzalayıblar. 2023-cü ilin oktyabr ayında isə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

Bu qurumlar arasında mütəmadi olaraq qarşılıqlı səfərlər edilir, təcrübə mübadilələri aparılır.  Qırğızıstan və TDT-nin müşahidəçi ölkələri (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələr inkişafı üçün işlər davam edir. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Tacikistan, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro, İtaliya, Bolqarıstan, Latviya, Sloveniya, Pakistan, Mərakeş, Malayziya, Səudiyyə Ərəbistanı və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq həyata keçirilir.

Göründüyü kimi, beynəlxalq əlaqələrin inkişafı son illər ölkəmizin əmək, məşğulluq, sosial müdafiə sahələrində əldə etdiyi uğurlu sosial təcrübələrin, o cümlədən DOST modelinin beynəlxalq səviyyədə tanıdılmasında da mühüm rol oynayır. Bu nailiyyətlər təkcə ötən il 70-dən çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Həmçinin bu gün bir sıra ölkələr (Moldova, Özbəkistan və Serbiya) DOST modelinin tətbiqinə maraq göstərirlər.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri