Icma.az
close
up
RU
Əmək yarmarkası: İş tapmaq üçün ünvan, yoxsa vaxt itkisi?

Əmək yarmarkası: İş tapmaq üçün ünvan, yoxsa vaxt itkisi?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Dövlət Məşğulluq Agentliyinin bu il 150 əmək yarmarkası təşkil etməyi planlaşdırır ki, bu da ölkədəki işsizlik probleminin həlli üçün vacib bir addım kimi görünür. 

Bu tədbirlərdə işsiz, işaxtaran şəxslərə mövcud vakansiyalar və işəgötürənlərin tələbləri barədə məlumat verilir, ilkin müsahibələr aparılır. Hər il bu yarmarkalarda minlərlə vakansiya təqdim edilir və işaxtaranların iş tapma şansı artır. Əmək yarmarkalarının işsizlik probleminin həlli üçün çox təsirli vasitə olub-olmadığı sualına birmənalı cavab vermək çətindir. Bəzi ekspertlər bu tədbirləri yalnız formal bir addım kimi qiymətləndirir. 

Onların fikrincə, yarmarkalarda təqdim olunan vakansiyalar bəzən yalnız çox sayda işəgötürən tərəfindən təqdim edilən və işaxtaranların real ehtiyaclarına uyğun olmayan işlərdən ibarət olur. Əgər bu vakansiyalar yerli bazarın tələbləri ilə uyğunlaşmırsa, tələb olunan təcrübə və bacarıqlar uyğun deyilsə, bu zaman əmək yarmarkalarının real təsiri minimal olur . 2024-cü ildə keçirilən 147 əmək yarmarkasında 15,7 min vakansiyanın təqdim edilməsi və bu tədbirlərdə işə qəbul olan şəxslərin sayının artması tədbirlərin effektivliyini göstərir. 

Ümumilikdə, əmək yarmarkaları işsizliklə mübarizədə yalnız bir vasitə kimi deyil, həm də aktiv məşğulluq strategiyasının bir hissəsi olmalıdır. O, işaxtaranları əmək bazarına yaxınlaşdırır və işə qəbul prosesini sürətləndirir. Ancaq real nəticələr əldə etmək üçün yarmarkalarda təqdim olunan vakansiyaların həm işaxtaranların bacarıqları, həm də bölgələrdəki iş bazarının tələbləri ilə uyğun olması vacibdir.

 İqtisadçı, millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı "Cebheinfo.az"-a bildirib ki, əmək yarmarkaları işsizliyin aradan qaldırılması üçün vacib vasitələrdən biridir:

“Əmək yarmarkalarının işaxtaranlarla işəgötürənlərin bir araya gəlməsinə və birbaşa ünsiyyət qurmasına şərait yaratdığını nəzərə alsaq, onların əhəmiyyətini inkar etmək olmaz. Bu tədbirlər çərçivəsində işəgötürənlər vakansiyalar təqdim edir, potensial iş yerləri barədə məlumatlar paylaşılır və işaxtaranların bu məlumatlara çıxışı asanlaşdırılır. 

Əmək yarmarkaları yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində, o cümlədən liberal iqtisadiyyata malik ABŞ-də  geniş tətbiq olunur. Hətta böyük assosiasiyalar və təşkilatlar öz konfranslarında belə əmək yarmarkaları təşkil edirlər ki, bu da işaxtaranlar üçün yeni imkanlar yaradır. Azərbaycanda məşğulluğun artırılması və işsizliyin azaldılması istiqamətində sistemli tədbirlərin genişləndirilməsi vacibdir”. 

Deputat deyir ki, əmək yarmarkaları bu sahədə atılan yeganə addım deyil:

“Məşğulluğun təmin edilməsi üçün digər vasitələrdən də istifadə olunmalıdır. Bu yanaşma işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasını daha da asanlaşdıracaq və onların iş tapmaq imkanlarını artıracaq”. 

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda əmək yarmarkaları uzun illərdir keçirilir və böyük ehtimalla, gələcəkdə də təşkil olunacaq:

“Lakin indiyə qədər bu yanaşma ilə işsizlik problemini kökündən həll etmək mümkün olmayıbsa, bundan sonra da tam həll olunacağını düşünmək çətindir. 

Bununla belə, əmək yarmarkaları tamamilə mənasız və ya ziyanlı bir tədbir deyil. Əgər bu yarmarkalar vasitəsilə insanlar müəyyən dərəcədə iş tapa bilirsə, əmək müqavilələri bağlanırsa və iş bazarına inteqrasiya imkanı yaranırsa, onların təşkil edilməsinin müsbət tərəfləri var. Ancaq təkcə əmək yarmarkaları ilə işsizlik problemini kökündən həll etmək mümkün deyil.

Burada daha geniş islahatlar aparılmalıdır. Təhsil sistemi modernləşdirilməli, peşə təhsili inkişaf etdirilməli və iqtisadiyyatla təhsil arasında daha sıx əlaqə qurulmalıdır. Məhz bu kimi fundamental dəyişikliklər həyata keçirilsə, işsizlik probleminin həlli istiqamətində real və davamlı nəticələr əldə etmək mümkün olacaqdır".

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, Azərbaycanda əmək yarmarkalarının təşkilinin və effektivliyinin qiymətləndirilməsi ilə bağlı geniş təcrübə mövcud deyil. Onun sözlərinə görə, bu sahədə hesabatların açıq şəkildə təqdim olunmaması ciddi təhlillərin aparılmasını məhdudlaşdırır:

“Xüsusilə də yarmarkaların təşkilinə çəkilən xərclərin əldə edilən nəticələrlə müqayisə edilməsi çətinlik yaradır. Bununla belə, əmək yarmarkaları həm dünya təcrübəsində, həm də Azərbaycanda işə qəbul platformalarından biri kimi istifadə edilir. Bu yarmarkalar əksər hallarda dövlət qurumları, bəzən isə özəl sektor tərəfindən təşkil olunur. Əsas məqsəd isə işəgötürənlərlə işaxtaranları əlaqələndirməkdir. 

Müasir dövrdə bu məqsədlə onlayn xidmətlər geniş yayılır. Bununla belə, ənənəvi əmək yarmarkaları qısa müddət ərzində işəgötürənlərlə işaxtaranlar arasında birbaşa ünsiyyət yaratmaq, məlumatları kütləvi şəkildə ötürmək və daha çevik həllər təqdim etmək baxımından üstünlüklərə malikdir. Bəzi hallarda mediada əmək yarmarkalarının nəticələrinin məhdud olduğu vurğulansa da, bu tədbirləri tamamilə təsirsiz hesab etmək düzgün olmazdı.

Əksinə, əmək bazarında çevik münasibətlərin formalaşması və aktivliyin artması baxımından bu yarmarkalar kifayət qədər effektiv bir alət kimi qiymətləndirilə bilər. Bu səbəbdən də onların davam etdirilməsi və təkmilləşdirilməsi vacibdir”.

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: yarmarkalar işaxtaran iş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri