Əməkdar artist efirdə anasından danışıb ağladı (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist İlkin Əhmədov anası Kifayət İsmayılova ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Qonaqcanlı" verilişində bildirib ki, anası onun haqqında danışarkən hər dəfə kövrəlir və keçmişdə yaşadıqları çətin günləri xatırlayır.
İlkin Əhmədovun sözlərinə görə, o, anasından niyə bu qədər təsirləndiyini soruşduqda, anası onu böyük zəhmət və əziyyətlə böyütdüyünü deyir.
Müğənni isə hesab edir ki, övlad böyütmək bütün analar üçün böyük fədakarlıq tələb edir və hər bir ana övladını min bir əziyyətlə ərsəyə çatdırır.
Sənətçinin bu duyğusal açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər anaların övladları naminə çəkdikləri zəhməti vurğulayaraq paylaşıma çoxsaylı dəstək və xoş sözlər yazıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:143
Bu xəbər 01 İyul 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















