Əməkdar artist efirdəki dəyişiklikdən danışdı: “Zombiləşmişdilər”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Əməkdar artist Zaur Əmiraslanov bir müddət əvvəl teleməkanı zəbt edən bəzi müğənnilərin indi efirdə görünməməsini alqışlayıb.
“Yeni Sabah” xəbər verir ki, “Sevilən səhər” verilişinin qonağı olan sənətçi bildirib ki, həmin ifalar Azərbaycan musiqisinə yaraşmır:
“Keyfiyyətsiz müğənnilər nə yaxşı ki, efirlərdən yığışdılar. Görürsünüz, heç biri yoxdur. Onların ifaları mənim müzəffər dövlətimə yaraşmır. O səslər efirdə olmamalıdır. İstəyirlərsə, internetdə, “YouTube”da oxusunlar, amma həmin mahnılar efirdə səslənməməlidir. Mübarizə apardıq və biz qalib gəldik. Mən də bir qədər danışdım, sonra bir-iki nəfər də fikrini bildirdi. Sağ olsunlar, danışdılar, biz qalib gəldik. Bu günümüzə şükür, bu, hamımızın ümumi qələbəsidir”. pizza
Z.Əmiraslanov qeyd edib ki, sənət adamları Azərbaycan musiqisinin qorunması üçün öz mövqelərini ortaya qoymalıdırlar:
“Biz musiqiçiyik, incəsənət adamlarıyıq, incəsənət xadimləriyik. Bizim işimiz musiqinin keşiyində dayanmaqdır. Allah dövlətimizi qorusun, var eləsin. Dövlətimiz bizə müəyyən fəxri adlar verib, hər zaman dəstək olub, ayaqda qalmağımıza kömək edib. Bəs həmin fəxri adlar bizə niyə verilib? Ona görə ki, biz də danışaq, fikrimizi bildirək, incəsənətin müdafiəsində dayanaq. Allah dövlətimizin başçısına can sağlığı versin. Xarici siyasətimiz yüksək səviyyədədir. Bəs incəsənətin keşiyində kim dayanmalıdır? Mən konservatoriyanı niyə bitirmişəm? Elə bunun üçün.
İndi sanki küçədə də insanların ruhu dəyişib… Kütləvi şəkildə insanlar həmin musiqilərin təsiri altında sanki zombiləşmişdilər. Mən təkcə pis musiqidən danışmıram. Pis sözlər, xoşagəlməz ifa tərzi, lazımsız boğazlar, dil-dil ötmələr və mənasız səslər eşidilirdi. Həmin ritmlər də bizim musiqimizə aid deyil. O, bizim ritmimiz deyil, Afrika ritmləridir. Halbuki bizim gözəl, özünəməxsus, 6/8 ritmimiz var. Öz musiqimizdə hər şey kifayət qədər zəngindir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 31 Oktyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















