Əməkdar artist Fərid İbrahimov: Vindzorda canlı orkestrin müşayiəti ilə Azərbaycan mədəniyyətini təqdim etmək böyük qürurdur
Icma.az bildirir, Azertag portalına istinadən.
Vindzor, 17 may, AZƏRTAC
“Biz Azərbaycan mədəniyyətini təbliğ edirik, mədəniyyətimizin bir ordusuyuq. Bu il isə daha geniş heyətlə, canlı orkestrin müşayiəti ilə təqdim etdiyimiz proqram bizim üçün xüsusilə qürurvericidir”.
Bu fikirləri Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu – 2025” çərçivəsində AZƏRTAC-a müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının baş zabit xoreoqrafı, Əməkdar artist Fərid İbrahimov bildirib.
O qeyd edib ki, Azərbaycan bu il tədbirdə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur: “Bu dəfəki çıxışımız bizim üçün çox özəldir. Suvarilər, atçılar, rəqqaslar, Qarabağ atları ilə birlikdə fərqli bir proqram hazırlamışıq. Səhnədə canlı musiqi, milli rəqslər və xüsusi kompozisiyalarla tamaşaçılara əsl Azərbaycan ruhunu təqdim edirik”,- deyə o, qeyd edib.
Fərid İbrahimovun sözlərinə görə, səhnədə səsləndirilən əsərlər arasında yallılar, marşlar və dahi bəstəkar maestro Niyazinin “Qaytağı” əsəri, Emin Sabitoğlunun “İncəbelli”m əsərləri də də olub. Proqram Müslüm Maqomayevin “Azərbaycan” əsəri ilə yekunlaşıb: “İfa etdiyimiz hər çıxış izləyicilər üçün təəccüb və sevinc doğurur. Bugünkü çıxışımız da böyük alqışlarla qarşılandı. Bu, bizim və vətənimizin uğurudur”,- deyə o, bildirib.
Fərid İbrahimov əlavə edib ki, belə bir beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmək hər bir iştirakçı üçün böyük qürur hissidir: “Biz burada ölkəmizi, milli musiqimizi, adət-ənənələrimizi və milli geyimlərimizi təqdim edirik. Bu həm məsuliyyət, həm də qürurverici bir missiyadır”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 May 2025 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















