Əməkdar artist üzündəki dəyişikliyin sirrini AÇIQLADI
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Rəşad İlyasov maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi qatıldığı "Öz aramızda" verilişində sağlam və gənc görünmək üçün həyat tərzində etdiyi dəyişikliklərdən danışıb. O bildirib ki, illər ərzində təkcə xarici görünüşündə deyil, daxili dünyasında da dəyişiklik etməyə çalışıb.
İlyasovun sözlərinə görə, uzunömürlü və rahat həyatın sirlərini araşdırır, eyni zamanda xarakteri üzərində işləyərək daha müsbət insan olmağa səy göstərir. Müğənni hesab edir ki, bu dəyişikliklər onun xarici görünüşünə də təsirsiz ötüşməyib.
Əməkdar artist üzündə müəyyən bioloji və estetik baxım prosedurlarından istifadə etdiyini də gizlətməyib. Bununla yanaşı, idmanı həyatının ayrılmaz hissəsi adlandıran sənətçi fiziki aktivliyə xüsusi önəm verdiyini vurğulayıb.
O qeyd edib ki, tez-tez piyada gəzməyə üstünlük verir və yanında ağır yük olmadığı hallarda liftdən istifadə etmir. Rəşad İlyasov sağlam həyat tərzinin həm görünüşə, həm də ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərdiyini bildirib.
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















