Icma.az
close
up
RU
Əməkdar elm xadimi Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açılıb AZƏRTAC

Əməkdar elm xadimi Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açılıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə professor Nizaməddin Şəmsizadənin əsərləri, “Ön söz” müəllifi, rəyçisi, elmi məsləhətçisi, layihə rəhbəri və redaktoru olduğu nəşrlər, dövri mətbuatda çıxan məqalələri, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.

"Ədəbi proses-78", "Ədəbi mübahisələr", "Azərbaycan ideologiyası", "Azərbaycan ədəbiyyatşünaslığı", "Türk təfəkkürü məcrasında", "Hıçqıran gülüşlər", "Əli Nazim", "Rejissor taleyi", "Tənqidin ədəbi prosesdə rolu", "Böyük nəslin davamçısı", "Azərbaycançılıq", "Ədəbi proses və ədəbi nəsil", "Yazıçı ömrünə uvertüra" monoqrafıyalarının, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb.

Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. Alimin yaradıcılığı haqqında 80-dən artiq elmi məqalə, professor Ş.Vəliyevin "Azərbaycanşünas alim" monoqrafıyası, "Filosof tənqidçi" və "Nizaməddin Şəmsizadə: Biblioqrafıya" kitabı çap olunub.

O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır. Azərbaycan Prezidenti İlham Əliyev “2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında” imzaladığı Sərəncam ilə ədəbiyyat sahəsi üzrə Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Dövlət Mükafatına layiq görülüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri