Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Əməkdar müəllim: O məktubu oxuyanda göz yaşlarımı saxlaya bilmədim MÜSAHİBƏ

Əməkdar müəllim: O məktubu oxuyanda göz yaşlarımı saxlaya bilmədim MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 oktyabr, Aysel Azadqızı, AZƏRTAC

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Azərbaycan təhsilinə onilliklər ərzində xidmət edən, şagirdlərin maariflənməsinə, milli-mənəvi dəyərlərin ötürülməsinə töhfələr verən müəllimlərdən biri də 164 nömrəli məktəbin ibtidai sinif müəllimi Afət Allahverdiyevadır. Əməkdar müəllim Afət xanım 30 ildən çoxdur ki, pedaqoji fəaliyyət göstərir.

Təcrübəsi, bilik və həyat məktəbi ilə həm şagirdlərinə, həm də gənc həmkarlarına örnək olan Afət Allahverdiyeva bu peşənin çətinlikləri və gələcəyi barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Onunla müsahibəni təqdim edirik.

- Afət xanım, müəllimliyə başladığınız ilk günü necə xatırlayırsınız?

- 1984-cü ilin payızında müəllimliyə ilk addımımı atdım. O günü çox yaxşı xatırlayıram... Əlimdə jurnalla sinfə daxil olduğumda, qəlbim həm həyəcanla, həm də məsuliyyət hissi ilə döyünürdü. Şagirdlərin maraqlı baxışları, sinif otağının sakitliyi və ilk “Salam, uşaqlar” kəlməsi ilə başlayan müəllimlik yolum, o gündən bu günə qədər qürurla davam edir. O gün mənim üçün yalnız bir işin başlanğıcı yox, bir ömürlük missiyanın təməli idi.

- İbtidai sinif şagirdləri ilə işləməyin ən gözəl tərəfi sizcə, nədir?

- İbtidai sinif şagirdləri sanki boş bir səhifə kimidirlər. Onların saf təfəkkürlərini, təmiz qəlblərini formalaşdırmaq və ilk bilikləri aşılamaq imkanı müəllim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Bu yaşda uşaqlar çox səmimi, dürüst və maraqlıdırlar. Onların hər yeni bilik öyrəndikcə gözlərinin parlaması, uğurlarını mənimlə paylaşmaq istəkləri müəllimlik peşəsini mənim üçün əvəzolunmaz edir.

- Azyaşlı uşaqlarla işləmək səbir tələb edir. Siz bu prosesin öhdəsindən necə gəlirsiniz?

- Səbir bu peşənin ayrılmaz hissəsidir. Uşaqları başa düşmək, hər birinə fərdi yanaşmaq üçün ilk növbədə onları sevmək lazımdır. Mən hər zaman özümü onların yerinə qoyuram, tələsmirəm, təkrar-təkrar izah etməkdən çəkinmirəm. Sevgi və anlayışla yanaşdıqda, səbir də özü gəlir.

- Yeni nəsil şagirdlərlə işləməyin digər dövrlərlə müqayisədə hansı fərqləri var?

- Zaman dəyişdikcə şagirdlər də dəyişir. 1980-1990-cı illərlə müqayisədə, indiki uşaqlar daha məlumatlı, texnologiyaya daha yaxın və sual verməkdən çəkinməyən bir nəslə çevriliblər. Əvvəllər müəllimin dediyi dəyişməz həqiqət kimi qəbul olunurdusa, indi şagirdlər hər şeyi sorğulamaq, səbəbini bilmək istəyirlər. Bu da müəllimdən daha hazırlıqlı və çevik olmağı tələb edir. Artıq müəllim yalnız bilik ötürən deyil, həm də yönləndirən, tədqiqat aparmağa sövq edən bir bələdçidir.

- Şagirdlərinizdən öyrəndiyiniz ən gözlənilməz dərs nə olub?

- Bir dəfə bir şagirdim səhv etdiyini etiraf edərək mənə demişdi: “Müəllim, səhv etdim, amma bu, daha yaxşı olmağım üçün fürsətdir”. O yaşda bir uşaqdan belə yetkin və dürüst yanaşma eşitmək məni çox düşündürdü. Biz bəzən öyrətməyə çalışarkən, uşaqlardan həyatla bağlı dərin dərslər də alırıq. Həmin gün başa düşdüm ki, uşaqlar bəzən bizə dürüstlük, cəsarət və təvazökarlıq mövzusunda çox şey öyrədə bilirlər.

- Tədris prosesində yeni texnologiyalardan, məsələn, rəqəmsal alətlər, süni intellekt və s. faydalanırsınızmı?

- Texnologiyanın təhsildə rolu danılmazdır. Əvvəllər məktəbdə slayd aparatları belə yox idi. İndi isə interaktiv lövhələr, onlayn platformalar, süni intellekt əsaslı tətbiqlər dərsləri daha maraqlı və effektiv edir. Mən də bu yeniliklərə uyğunlaşmaq üçün daim öyrənirəm. Rəqəmsal alətlər dərslərin vizuallaşdırılmasında və fərdi yanaşma üçün çox faydalıdır. Əsas məsələ texnologiyanı məqsədəuyğun və balanslı şəkildə təhsilə inteqrasiya etməkdir.

- Bu illər ərzində ən çox yaddaşınızda iz qoyan hansı şagird olub? Onunla xatirənizi bölüşə bilərsinizmi?

- Zaman keçir, illər bir-birini əvəz edir, bu illər ərzində çoxlu şagirdlərim olub. Amma bəziləri var ki, illər keçsə də, onların həyat yolu, vətənə xidmətləri mənim üçün qürur mənbəyinə çevrilib.

Şagirdim Camal sakit, mərhəmətli bir uşaq idi. Tibb sahəsini seçdi, hərbi həkim oldu. 44 günlük Vətən müharibəsində ön cəbhədə fədakarcasına çalışdı, çox sayda əsgərimizin həyatını xilas etdi. Ağır şəraitdə həyatını riskə ataraq göstərdiyi şücaət məni həm kövrəltdi, həm də bir müəllim kimi qürurlandırdı. Onun haqqında xəbərləri eşidəndə dedim: “Bax, bu uşağın ilk əlifbasını, ilk yazısını mən öyrətmişəm”.

Digər bir şagirdim Sərxan. Uşaq yaşlarından məqsədli, cəsur və zəhmətkeş idi. Tez-tez deyirdi: “Müəllim, mən torpaqlarımızı azad görmək istəyirəm. Amma sadəcə arzulamıram, bu işdə iştirak da edəcəyəm. Mən sizin inamınızı heç vaxt yanıltmayacağam”. Elə də oldu. Orduya yazıldı, Şuşanın azad olunması uğrunda döyüşlərdə şücaətlə iştirak etdi. Torpaqlarımız geri alındıqdan sonra məktəbə gəlib məni ziyarət etdi. Qucağında medalları vardı… Sakitcə gözlərimə baxdı və dedi: “Müəllim, xatırlayırsınız? Mən sizə demişdim ki, Şuşanı azad görmək istəyirəm. Bax, həmin sözümü unutmadım… Sizin o dərsdə gözlərimə baxıb “sənə inanıram” deməyiniz bu yola çıxdığım gündən hər addımımda mənimlə idi. Mən yalnız Şuşanı yox, sizin ümidlərinizi də qorudum”.

O an göz yaşlarımı saxlaya bilmədim. Bu, müəllim üçün yaşanacaq ən böyük fəxr anıdır. Sərxan hazırda xüsusi təyinatlıların tərkibində xidmət edir.

Bu cür övladlar yetişdirmək təsadüfi deyil. Mən dərsdə təkcə fənn keçmirdim. İnsanlıq, vətənpərvərlik, dürüstlük öyrədirdim. Bu gün Camal kimi həyat, Sərxan kimi torpaq xilas edən şagirdlərim varsa, demək ki, müəllimlik borcumu vicdanla yerinə yetirmişəm.

- Müəllim olmağın hansı tərəfi sizi daha çox qürurlandırır?

- Bir şagirdin uğurunda pay sahibi olmaq, onun həyat yolunda iz qoymaq hissini başqa heç bir peşə vermir. Mənim üçün ən böyük mükafat keçmiş şagirdlərimin cəmiyyətə yararlı bir fərd kimi formalaşdığını görməkdir. Onlar harada olurlarsa olsunlar, məni yad edirlərsə, deməli, mən müəllimlik borcumu yerinə yetirmişəm. Bu, qürurverici bir hissdir.

- Sizi digər müəllimlərdən fərqləndirən nədir? Şagirdləriniz dərslərinizdə ən çox hansı anları sevirlər?

- Mən hər zaman dərslərimdə uşaqların maraq və diqqətini çəkməyə çalışmışam. Rutin dərs metodlarından qaçmağa, dərsi oyun, təcrübə və həyatla əlaqələndirərək keçməyə üstünlük verirəm. Uşaqlar ən çox dərslərimdə keçirdiyim minioyunları, komanda işlərini və həyatla bağlı hekayələri sevirlər. Onların dünyasına girə bildiyim üçün mənimlə dərsdə rahat olurlar və bu da öyrənməni asanlaşdırır.

- Sizcə, 10-15 ildən sonra müəllimlik necə olacaq? Hansı metodlar tətbiq olunmayacaq, yaxud hansı yeniliklər ola bilər?

- Gələcəkdə müəllimlik daha çox texnologiya ilə iç-içə olacaq. Süni intellektin təhsildə rolu artacaq, fərdi öyrənmə modelləri daha da inkişaf edəcək. Ancaq mən inanıram ki, heç bir texnologiya müəllim-insan təmasını tam əvəz edə bilməz. Klassik metodlar bəzi hallarda artıq istifadə edilməyəcək, amma pedaqoji yanaşmaların əsas prinsipləri olan sevgi, anlayış, səbir və şəxsiyyətə hörmət daim qalacaq. Müəllim daha çox yönləndirici və motivasiyaedici rola sahib olacaq.

- Müəllimlər Günündə şagirdlərinizdən aldığınız ən maraqlı və ya ən dəyərli təbrik nə olub?

- İllər öncə dərs dediyim bir şagird, çoxdan məktəbi bitirmişdi. Bir gün Müəllimlər Günündə qəfil məktəbə gəldi və mənə əllə yazdığı bir məktub uzatdı. O məktubda belə yazılmışdı: “Siz mənə yazmağı, oxumağı öyrətdiniz, amma ən çox da inamı. Özümə güvənməyi, sınmamağı sizdən öyrəndim. Bu gün haradayam, kiməmsə, sizin sayənizdədir”.

O məktubu oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Bu cür anlar üçün yaşamağa, illər boyu əziyyət çəkməyə dəyər. Fikrimcə, müəllim üçün ən böyük hədiyyə şagirdinin qəlbində iz qoymaqdır.

- Əməkdar müəllim olaraq gənc həmkarlarınıza və müəllim olmaq istəyənlərə hansı tövsiyələriniz var?

- Birincisi, müəllim olmaq istəyənlər bu peşəni sadəcə iş kimi yox, bir həyat tərzi kimi qəbul etməlidirlər. Gənc müəllimlərə tövsiyəm budur ki, daim öz üzərinizdə işləyin, uşaqları tanıyın, onlara qarşı dürüst və şəfqətli olun. Texnologiyanı sevin, amma insan münasibətlərini heç vaxt ikinci plana atmayın. Ən əsası, şagirdlərinizə inanın. Çünki inandığınız hər bir uşaq dəyişə və uğur qazana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri