Icma.az
close
up
RU
Əməkdar mühəndis, dövlət xadimi Rafiq Xələfovun anım günüdür

Əməkdar mühəndis, dövlət xadimi Rafiq Xələfovun anım günüdür

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dayım – İçimdə Yaşayan Qarabağ

(Rafiq Xələfovun xatirəsinə)

Mənim bir dayım var idi…

Hamı üçün Rafiq Xələfov idi. Amma mənim üçün o, heç vaxt sadəcə bir ad, bir insan, bir vəzifə sahibi olmadı. O, içimdə ucalan bir dağ idi — həm isti nəfəsli, həm də sığınacaq verən bir dağ. Onun varlığı uşaqlığımın ən işıqlı xatirələrinə hopub.

Dayımı hər zaman mehriban, gülərüz, sevgi dolu biri kimi xatırlayıram. Onun yanında olanda sanki zaman dayanırdı… O qədər sakit, o qədər etibarlı, o qədər səmimi idi ki, insanın ürəyi dinclik tapırdı. Dayım bardaş qurub oturanda, gözlərində parlayan o işıqla Qarabağdan danışardı. Elə danışardı ki, onu dinlədikcə insanın içində bir dağ ucalardı… Mən onun sözlərindən güc alaraq, o dağlar kimi dik, o çinarlar kimi uca olmağa can atardım.

Bəzən düşünürəm: bu qədər insanın içindən niyə məhz onun yaratdığı sevgi bu qədər dərin iz saldı məndə?

Cavab çox sadədir:

O, sevgini danışmırdı – yaşayırdı.

Qarabağ eşqini yazılarda deyil – ürəyində daşıyırdı. Qarabağdan danışanda səsi titrəyərdi… Qarabağın adını deməzdən əvvəl susardı. O sükutda bir millətin səsi yatırdı – bir xalqın yanğısı, bir torpağın həsrəti…

Mən çox istəyirəm…

İstəyirəm ki, dayımın məndə böyütdüyü o sevgini sözlərlə, şəkillərlə, filmlərlə hər kəsə göstərə bilim.

Amma olmur…

Çünki bu sevgi nə sözə sığır, nə də səhnəyə.

Onun baxışlarındakı ehtiramı, o vətən sevgisini, o susqunluqdakı çığırtını – heç bir kamera çəkə bilməz. Onun şəfqəti, əliylə başını tumarladığı bir uşağın qəlbində əbədi yaşayır – mənim qəlbimdə olduğu kimi.

Bəzən ürəyimdən keçir:

Qışqırım, hayqırım…

Dayımı bütün dünyaya tanıdım!

Çünki o, tanınmalı idi.

O, sadəcə bir vəzifəli şəxs deyildi – ruhu ilə dövlət idi.

Mərhəməti ilə qanun, sevgisi ilə sirdaş idi.

Ən çox da bunu unuda bilmirəm:

Dayım özü getdi…

Amma Qarabağ sevgisini içimdə qoydu.

İndi o sevgi mənim içimdə bardaş qurub oturub.

Danışır…

Danışdıqca ağladır.

Ağlatdıqca yaşadır.

Bilirəm…

Dayım Rafiq Xələfovun adı rəsmi bioqrafiyalarda qalacaq.

Amma mən istəyirəm ki, onun insanlığı, qoxusu, baxışı, dodağındakı təbəssüm, dizinin üstündə oturan uşaqla paylaşdığı sevgi də yaşasın.

Və mən ona söz verirəm –

O yaşadıqca, mən danışacağam.

O danışdıqca, bir xalqın ürəyi yenidən döyünəcək.

Tural İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri