Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Əməkdar rəssam Əsgər Məmmədov: Nar kainatın görünüşüdür AZƏRTAC

Əməkdar rəssam Əsgər Məmmədov: Nar kainatın görünüşüdür AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva, 15 dekabr, AZƏRTAC

Moskvanın Paytaxt Rəssamlar Qalereyasında Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun əsərlərindən ibarət “Nar dastanı” adlı sərgi açılıb.

Sərgidə 40-dan çox rəsm – natürmort, portret, mənzərə, qrafika nümayiş etdirilir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam qeyd edib ki, nar və onunla bağlı qədim adət-ənənələr Azərbaycan xalqının həyatında, folklorunda, mifologiyasında xüsusi yer tutur. “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

“Mənim yaradıcılığımda da narın xüsusi yeri var. Nar kainatın görünüşüdür, onun dənələri isə həm də səma cisimlərini əks etdirir və mənim üçün onun hər bir dənəsi tam bir dünyadır. Budəfəki sərgimin məqsədi Rusiya tamaşaçılarına Azərbaycan haqqında, xalqım haqqında bəhs etməkdir. Ümummilli Lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi kimi, Vətəndən uzaqlarda yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini, dillərini unutmamalıdırlar. Əsərlərimdə xalqımızın adət-ənənələrini, ruhunu çatdırmağa çalışıram”, - deyə o bildirib.

Əsgər Məmmədov Qarabağda dünyaya göz açıb. Gənc rəssam olarkən o, böyük faciə ilə üzləşib: evində baş verən yanğın zamanı bütün əsərləri yanıb. Amma sənətkar həmişə yaxşılığa, ədalətin təntənəsinə inanıb. “İkinci Qarabağ müharibəsindən əvvəl Ağdamda sərgim keçirilirdi. Həmin vaxt ərazinin bir hissəsi işğal altında idi. Rəsmlərimin nümayiş olunduğu binanın pəncərəsindən erməni postları, onların arxasında isə bir addım məsafəsində olan doğma torpaqlarımız görünürdü. Və o zaman “Xarıbülbül” tablosunun yaradılması ideyası ağlıma gəldi, kətanda təsvir olunan, qələbəmizin simvolu olan Xarıbülbülə uzanan qanayan əl”, - deyə əməkdar rəssam qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tatyana Şirokova bildirib ki, qurumda da Əsgər Məmmədovun rəsm sərgisinin keçirilməsi planlaşdırılır: “Mən Əsgər Məmmədovun yaradıcılığı ilə 15 ildir ki, tanışam. “Nar dastanı” sərgisi məndə dərin təəssürat yaratdı. Rəssamın rəsmlərindəki nar cücərtiləri bu gün çox aktual olan sülhə çağırışdır. Əsgər Məmmədov incə sənətkar, gözəl insandır və mən ona bundan sonra da yaradıcılıq uğurları arzulayıram”.

Sərginin açılışında, həmçinin Paytaxt Rəssamlar Qalereyasının direktoru Lyudmila Titova, Azərbaycan Mədəniyyətinin İnkişaf Fondunun nümayəndəsi Elşən İbrahimov, şair və tərcüməçi Sultan Mərzili, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun əməkdaşı Bayan Uzıxanova və başqaları iştirak ediblər.

Sərgi dekabrın 20-dək davam edəcək.

Əsgər Məmmədov Rusiya Rəssamlar İttifaqının və Rusiya Kinematoqrafçılar İttifaqının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, Paris Elm və İncəsənət Akademiyasının üzvü, həmçinin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rəssamın fərdi sərgiləri Fransa, İspaniya, İsrail, Türkiyə, Latviya, Rusiya və digər ölkələrdə keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri