Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” baş məşqçi Maykl Karriklə yollarını ayıracağı təqdirdə onun yerinə müvəqqəti çalışdırıcı təyin etməyəcək.
QOL.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, klub rəhbərliyi məşqçi dəyişikliyinin komandanın nəticələrinə müsbət təsir göstərməyəcəyindən ehtiyat edir.
Noyabrın 3-də Çempionlar Liqasında “Roma”ya qarşı 3:2 hesablı qələbə komandada müəyyən ruh yüksəkliyi yaratsa da, rəhbərlik bunun mövsümün gedişatını dəyişmək üçün kifayət etmədiyini düşünür. Klubda nəticələrin qeyri-sabitliyi və komandanın inkişaf istiqaməti ilə bağlı narahatlıq qalmaqdadır. Bu səbəbdən rəhbərlik müvəqqəti təyinat əvəzinə uzunmüddətli strategiyaya uyğun baş məşqçi seçməyi hədəfləyir. Bununla yanaşı, mümkün dəyişikliklər üçün alternativ namizədlər də nəzərdən keçirilir.
Qeyd olunur ki, noyabrın 8-də “Aston Villa” ilə keçiriləcək Premyer Liqa oyunu Karrikin gələcəyi baxımından həlledici ola bilər. “Mançester Yunayted” hazırda turnir cədvəlinin 17-ci pilləsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 05 Noyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















