“İkinci əl” maşın alıb satanlara müjdə
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gələn ildən Azərbaycanda "ikinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək. “Avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlərdə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV yalnız ticarət əlavəsindən hesablanacaq”, - yeni dəyişiklikdə bildirilir.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Vergilər Məcəlləsinə “ikinci əl” avtomobillərlə bağlı təklif edilən dəyişikliyi şərh edərkən qeyd edib.
“Yəni hökumət təklif edir ki, dillerlər “ikinci əl” avtomobilləri nəğdsiz alıb-satanda, ƏDV-i əvvəlki kimi bütün məbləğdən deyil, ancaq marjadan, yəni alış-satış arasında olan fərqdən ödəyəcək.
Əla təklifdir, əvvəlki qayda tam məntiqsiz idi, indi isə siz avtomobili 20 minə alıb, 22 minə satsanız, yalnız o 2 minin 18%-ni ƏDV kimi ödəyəcəksiniz”, - ekspert vurğulayıb.
N.Cəfərli bu dəyişikliyin yalnız 5 ilə qədər olan avtomobillərə və nəğdsiz ödənişlərə deyil, bütün “ikinci əl” avtomobillərə tətbiq olunmasını məqsədəuyğun sayıb. Həmçinin dəyişikliyin “3 il müddətinə” deyil, daimi olmasını təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 05 Noyabr 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















