Əməliyat olunan vitse spikerin səhhəti yaxşılaşır
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İki gün əvvəl 12 saatdan çox ürək əməliyyatından sonra hələ də komada olan Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sırrı Süreyya Öndərin səhhəti getdikcə yaxşılaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,bu barədə xəstəxana son durumla bağlı açıqlama verib.
Xəstəxananın baş həkimi professor Çavlan Çiftçi bildrib ki, Sırrı Süreyya Öndər müalicəyə müsbət reaksiya verir: "O, artıq müalicələrə müsbət cavab verir. Hissiyatı, ümumi sistem və metabolik parametrləri yaxşılaşır. Asidoz vəziyyəti yaxşılaşıb, sidik ifrazı normaldır. Bu gün yalnız böyrəkləri qorumaq üçün hemofiltrasiya edəcəyik. Xəstəmizin ümumi vəziyyəti bizim müalicəmizdən daha yaxşıdır".
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:65
Bu xəbər 17 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















