Icma.az
close
up
RU
Əməliyyatdan sonra ölən qadınla bağlı ŞOK İDDİA: Meyiti palatada gizlədiblər YENİLƏNİB

Əməliyyatdan sonra ölən qadınla bağlı ŞOK İDDİA: Meyiti palatada gizlədiblər YENİLƏNİB

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadının ölümünün təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, mərhumun baldızı Dilbər Abdullayeva "oxu.az"a açıqlamasında bildirib ki, dünyasını dəyişən Pərvanə Abdullayeva mayın 12-də səhhətində problem olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Pərvanə USM-dən (ultrasəs müayinəsi) keçərkən məlum olub ki, kor bağırsağında iltihab var, cərraha müraciət etmək məsləhət görülüb. P.Abdullayeva xəstəxananın Səbinə adlı ginekoloquna müraciət edib. Səbinə həkim müayinə edəndən sonra Fərid adlı cərrahı çağırıb. Fərid ona təcili əməliyyat təklif edib. Pərvanənin üstündə pul olmadığı üçün əməliyyatdan imtina edib və evinə qayıdıb ki, evdən pul götürüb səhəri gün xəstəxanaya getsin. Axşam saatlarında Fərid həkim Pərvanənin oğluna dalbadal zəng edərək bildirib ki, anasını təcili əməliyyata gətirsin, pulu sonra verərlər. Fərid deyib ki, əgər gəlməsəniz, gecə kor bağırsaq partlayacaq və öləcək. Həkimin məqsədi o olub ki, Pərvanə səhəri gün xəstəxanaya gəlsə, həmin vaxt başqa cərrahın növbəsinə düşəcək və onun əli əməliyyat pulundan çıxacaq.

Həkimin təkidi ilə Pərvanə oğlu ilə birlikdə axşam saatlarında xəstəxanaya gəlib və dərhal əməliyyata götürülüb.

Pərvanənin əməliyyatı iki saatdan çox çəkdi. Mən də qohumlara zəng vurub hamını xəstəxanaya çağırmışam. Axşam saat 8-ə işləmiş Pərvanə əməliyyata götürülüb. 2 saatdan çox vaxt keçəndən sonra əməliyyat başa çatdı. Həkim gəlib mənə məlumat verdi ki, əməliyyat uğurlu keçib, kor bağırsaqdan başqa kista əməliyyatı da icra edib. Həkimə dedim ki, nə qədər xərci varsa, ödəyim. Fərid doktor dedi ki, əməliyyatda mənimlə yanaşı anestezioloq da iştirak edib, sabah gələrsiniz, onun da hörmətini edərsiniz, mənim də.

Razılaşdım, həkim çıxıb getdi. Böyük bacım Pərvanənin yanında qaldı. Gecə Pərvanənin vəziyyəti pisləşib, həkimi axtarıblar, tapa bilməyiblər. Pərvanədə kəskin baş ağrılar, daxili qanaxma başlayıb. Pərvanəni palatadan götürüb başqa yerə köçürüblər. Pərvanə gecə saatlarında daxili qanaxmadan dünyasını dəyişib, amma bizə deməyiblər.

Səhər saat 8-də xəstəxanaya gəldim ki, Pərvanə yoxdur. Anestezioloq Səadətdən Pərvanəni soruşdum, dedi ki, vəziyyəti pisləşdiyi üçün aparata qoşulub. Səadətdən soruşdum ki, xəstə necə aparata qoşulub ki, siz onun yanında deyilsiniz. Mənə dedi ki, guya növbə dəyişilib və o, xəstəni başqa həkimə təhvil verib. Həkimdən xəstəni görməyimi tələb edəndə o qaçdı, yoxa çıxdı. Neçə saat xəstəxanada Fərid və Səadəti axtardım, tapa bilmədim. Palataları bir-bir gəzirəm. Birdən sonuncu palatanın qapısını açdım ki, bəlkə həkim orada olar. Palatada arabanın üstündə üzü örtülmüş meyit gördüm. Yaxınlaşıb meyitin üzünü açanda gördüm ki, Pərvanə ölüb, üzünü bağlayıb, meyiti gizlədiblər. Nə qədər qışqırdımsa, heç kimi tapa bilmədim. Bizim xəstəni bilərəkdən öldürüb gizlədiblər, bizə isə deyirlər ki, guya aparata qoşulub.

Pərvanənin ölümünün səbəbi Fərid və Səadət həkimdir".

Xatırladaq ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Pərvanə Alı qızı "kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və əməliyyatdan sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 11:00

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb. 

Lent.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva apendisitlə Kürəmir rayon mərkəzi xəstəxanasına müraciət edib. 

Qadın əməliyyatdan sonra ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri