Emil pis vərdişə görə vəfat etməyib, bunu sübut edərəm
Icma.az bildirir, Axsham.az portalına istinadən.
"Dünyasını dəyişib, amma bunu ilk dəfədir deyirəm. O tərbiyənin sahibi deyiləm, övladlarım tərbiyəsiz olsun. Onu evləndirəndən sonra evi, işi ayrı idi. Toylara gedirdi, pullar qazanırdı, verilişlərə çəkilirdi. O dövrdə nə olubsa, olub. Mən verdiyim tərbiyə dövründə heç nə olmayıb. Əsgərliyə də yola saldım".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Deməsək olmaz" proqramında deyib. Aktyor müğənni oğlu Emil Rəhmanoğlunun vəfatından danışıb. O bildirib ki, oğlunun ölümünə pis vərdişlərin səbəb olması yalandır:
"Biz onun pis vərdişlərini gec bildik. Onun dünyasını dəyişməyi bununla əlaqədar deyil. Reabilitasiya mərkəzinə getdi, müalicə oldu. Bizdə genetik ayaqda damar problemi var. Məndə də var. Ayaqda çürümə gedir. Emil trompdan dünyasını dəyişib. Mən də dərman içməsəm, qalmaram. Emil pis vərdişdən vəfat etməyib. Bunun həkim sübutu var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 May 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















