Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Emil Seyidov: Xaricdən jokeylərin dəvət edilməsi üçün işlər görüləcək MÜSAHİBƏ İdman və Biz

Emil Seyidov: Xaricdən jokeylərin dəvət edilməsi üçün işlər görüləcək MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) yeni baş katibi Emil Seyidovun AZƏRTAC-a müsahibəsi

- Əvvəlcə özünüz barədə ətraflı məlumat verərdiniz...

- Mən Seyidov Emil Mübariz oğlu. İki ilə yaxındır Azərbaycan Respublikası Atçılıq Federasiyasında müxtəlif vəzifələrdə çalışmışam.

- Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) yeni baş katibi təyin oldunuz. Təəssüratlarınızı bilmək istərdik...

- Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi vəzifəsinə seçilmək mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Bu hadisənin mənim üçün qürurverici olduğunu vurğulamaq istəyirəm.

- ARAF tərəfindən sizə göstərilən etimadı doğrultmaq üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

- Atçılıq idmanı ölkəmizin milli mədəniyyətinin və tarixi irsinin ayrılmaz bir hissəsidir. Bu sahədə fəaliyyət göstərmək, onun inkişafına töhfə vermək və beynəlxalq arenada Azərbaycanın atçılıq idmanını layiqincə təmsil etmək mənim üçün mühüm əhəmiyyət daşıyır. Yeni vəzifədə məqsədim ARAF-ın fəaliyyətini daha da təkmilləşdirmək, atçılıq idmanının bütün istiqamətlərdə inkişafını təmin etmək və xüsusilə, gənclərin bu sahəyə marağını artırmaq olacaq. Eyni zamanda, Azərbaycan atçılığının beynəlxalq miqyasda tanınmasına nail olmaq üçün əməkdaşlıqlarımızı gücləndirmək və genişləndirmək niyyətindəyəm. Federasiya üzvləri və bu sahəyə könül verən hər bir şəxs ilə birlikdə uğurlu işlərə imza atacağımıza inanıram.

- Ötən 2024-cü ili Azərbaycan atçılığı üçün necə qiymətləndirirsiniz?

- Geridə qoyduğumuz 2024-cü il Azərbaycan atçılığı üçün uğurlu oldu. Qarabağ atlarımızın beynəlxalq arenalarda, o cümlədən “Vindzor” at şousu və Türkiyədə keçirilən 6-cı Etnosport Mədəniyyət Festivalında iştirak etməsi bizim üçün xüsusi fəxr mənbəyi idi. Eyni zamanda, çövkən üzrə keçirilən turnirlər və gənc nəslin bu idman növünə marağının artması gələcək üçün böyük ümidlər yaradır. Bundan əlavə, ölkə daxilində 100-dən çox çövkən oyunları, həmçinin 12 cıdır günü və konkur yarışları keçirilib. Təbii ki, bu qədər yarışların təşkili atçılığın inkişafında böyük bir addım idi.

- Bəs, federasiya tərəfindən qarşınıza hansı tələblər qoyulub?

- Federasiya atçılıq idmanının daha yüksək standartlara çatdırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi və yerli idmançılarımızın uğurlarının artırılması kimi mühüm vəzifələr müəyyənləşdirib. Bundan başqa, regionlarda idman tədbirlərinin inkişafı və çövkən kimi milli idman növlərimizin beynəlxalq səviyyədə tanıdılması əsas tələblərdəndir.

- Beynəlxalq Çövkən Federasiyasının prezidenti, ARAF-ın sabiq baş katibi Bəhruz Nəbiyev işğaldan azad olunmuş ərazilərimizdə çövkən üzrə turnirlərin keçiriləcəyini bildirmişdi. Bu barədə yenilik varmı?

- Təbii ki, bu çox yaxşı bir addım olar. İşğaldan azad olunmuş ərazilərdə dövlət siyasətinə uyğun olaraq bu sahədə işlər görmək bizim üçün böyük fəxr olar. Göstərilən tapşırıqlara əsasən bütün lazımi işləri görməyə hazırıq və ümid edirik ki, yaxın gələcəkdə bu turnirlər baş tutacaq, böyük marağa səbəb olacaq.

- Bu il çövkən çempionatında komandaların sayının artırılması gözlənilirmi?

- Bəli, 12 komandanın olması planlaşdırılır. Hazırda çövkən komandaları ilə mütəmadi əlaqə saxlanılır. Əlimizdən gələn köməkliləri göstərməyə çalışırıq. Hazırda liqada 10 kollektiv mübarizə aparır. Ümid edirik ki, say 12-dən az olmaz.

- Bu idman növünün inkişafı üçün xaricdən mütəxəssis cəlb etməyi planlayırsınızmı?

- 2024-cü ilin yekununa həsr olunan iclasda bu barədə müzakirələr olundu. Bu il xaricdən jokeylərin dəvəti və cəlb edilməsi üçün işlər görüləcək. Həmçinin çövkən üzrə də bəzi komandalar xaricdən oyunçu gətirmək istəkləri barədə məlumat verib. Təbii ki, bu məsələlərdə Beynəlxalq Çövkən Federasiyasının bizə çox köməyi dəyəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri