Icma.az
close
up
RU
İmaməddin Xəlilov: Taekvondo mənim üçün həyat deməkdir MÜSAHİBƏ İdman və Biz

İmaməddin Xəlilov: Taekvondo mənim üçün həyat deməkdir MÜSAHİBƏ İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Paris-2024” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən və fəxri kürsünün ən yüksək pilləsinə qalxan parataekvondoçu İmaməddin Xəlilov Gencexeber.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində mübarizə aparan parataekvondoçu keçdiyi idman yolundan danışıb.

- İmamədin bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam.

- Taekvondo ilə nə vaxt və necə tanış oldunuz?

- Mənim taekvondo ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Komplekslərimdən qurtulmaq üçün bu idman növünə başlamaq qərarına gəldim.

- Taekvondo ilə məşğul olmağınızın səbəbi nədir? Sizi bu idman növünə cəlb edən nə olub?

- Taekvondo ilə məşğul olmağımın səbəbi odur ki, digər fiziki məhdudiyyətli uşaqlar kimi olmayım. Həyata bağlanmaq üçün bu idman növünü seçdim.

- Əvvəlki təcrübələrinizdən hansılarını bu idmanda tətbiq edirsiniz?

- Düşünürəm ki, hər şey beyindən gəlir. Hər şey psixologiyadan asılıdır. Taekvondoda da bunu tətbiq etməyə çalışıram.

- Taekvondo sizin üçün nə deməkdir?

- Taekvondo mənim üçün həyat deməkdir. O məni həyata bağlayır. Yaşamaq hissimi artırır.

- Məşqlərinizi necə təşkil edirsiniz? Gündəlik proqramınız necədir?

- Gündəlik məşqlərimiz hər zaman olur. Təlim-məşq toplanışlarına da davam edirik.

- Fərqli fiziki və ya psixoloji çətinliklərlə üzləşdiyiniz zaman necə mübarizə aparırsınız?

- Psixoloji çətinliyə düşən kimi öncə ailəm yadıma düşür. Bilirəm ki, mən çöksəm, ailəm də çökəcək. Ona görə də özümü toparlamalıyam. Ailəmi ayaqda tutmaqdan ötrü özümü ancaq belə düzəltməyə çalışıram.

- Çətinliklərlə qarşılaşdığınızda sizi motivasiya edən nədir?

- Digər fiziki məhdudiyyətli uşaqların məni özünə örnək göstərməsi məni motivasiya edir. Demək olar ki, motivasiya edən tək şey budur.

- Son zamanlarda əldə etdiyiniz ən böyük uğur nə olub?

- Mənim ən böyük uğurum paralimpiya çempionu olmağımdır. Onunla bərabər ikiqat dünya çempionuyam. Dünya reytinqində son iki ildə birinci sıradayam. İlk azərbaycanlı idim ki, dünya reytinqində birinci sıraya yüksəldim. İlk parataekvondoçuyam ki, həm paralimpiya, həm də dünya çempionuyam.

- Hədəfləriniz barəsində nə düşünürsünüz?

- Mən məğlubiyyəti sevmirəm. Hədəfim də hər zaman o olub ki, heç kəs məni məğlub edə bilməsin.

- Ən çətin rəqibiniz kim olub? Bu rəqiblə mübarizə etmək necə bir təcrübə oldu?

- Ən çətin rəqibim meksikalı idmançı olub. O məndən öncəki paralimpiya çempionu idi. Həmişə onunla döyüşlərimdə qızıl xala keçirdik. 0-0, 1-1 olurdu. Ən çətinlik çəkdiyim idmançı o idi.

- Gələcəkdə hansı nailiyyətləri əldə etmək istəyirsiniz?

- Demək olar ki, bir idmançı karyerasında bütün nəticələri əldə etmişəm. Məni özünə örnək götürən fiziki məhdudiyyətli uşaqlar olduğu üçün məğlub olmaq istəmirəm. İstəmirəm ki, onlar məğlubiyyətimi görsün. Növbəti dəfə paralimpiya çempionu olmaq istəyirəm.

- Taekvondo həyatınızda nə kimi dəyişikliklərə səbəb olub?

- Mən əvvəl qolumda olan qüsura görə protez taxırdım. Taekvondoda insanlar məni tanıdıqdan sonra komplekslərimdən qurtuldum.

- Həyatınızda ən böyük dəstəkçiləriniz kimlərdir?

- Ən böyük dəstəkçim təbii ki, ailəmdir. Yaxınlarım hər zaman yanımda olub. Mən yeddi il boyunca məğlub olmuşam. Həmin an ailəm və dostlarımdan başqa heç kəs mənə inanmırdı.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see390

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri