Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Emin 90+3 cü dəqiqədə “Kəpəz”dən xal aldı

Emin 90+3 cü dəqiqədə “Kəpəz”dən xal aldı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Neftçi (Bakı) – Kəpəz (Gəncə) 2:2 (1:0)
93. Rza Cəfərov (k) – 5,5
10. Filip Ozobiç – 5,5
3. Höccət Haqverdi – 4,5
19. Azər Salahlı – 5,0
4. Elvin Camalov - 4,5
91. Ağadadaş Salyanski – 5,5
99. Ervin Koffi – 5,0
(47. Murad Məmmədov, 66) – 5,0
44. Yuri Matias – 5,0
(14. Edvin Kuç, 66) – 5,0
9. Bassala Sambu – 6,0
88. Andrey Ştoqrin – 5,0
(17. Rəhman Hacıyev, 86) – qiymətsiz
11. Aleks Fernandes – 6,5
(8. Emin Mahmudov, 72) – 6,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
7. Azər Əliyev
90. Ramil Şeydayev
78. Elcan Əbilov
22. Dembo Darbo
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Aleks Fernandes
1. Rojerio Santos – 6,0
2. İlkin Qırtımov – 4,5
7. Ehtiram Şahverdiyev – 6,0
12. Turan Manafov – 5,0
(17. Ümid Səmədov, 46) – 5,5
19. Sadiq Şəfiyev – 4,5
(9. Luis Paçu, 46) – 6,5
26. Valdemar Almeyda – 5,5
78. Yeqor Xvalko (k) – 5,5
11. Trent Buhagiar – 5,0
(21. Camal Cəfərov, 46) – 6,0
3. Mahamadu Ba – 5,5
10. Karim Lkoça – 5,5
88. Şervoni Mabatşoyev – 5,0
(28. Rati Ardazişvili, 46) – 5,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
99. Əli Səmədov
70. Nicat Süleymanov
5. Rauf Hüseynli
6. Nemət Musayev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Camal Cəfərov
Qollar: A.Fernandes, 24 (1:0, B.Sambu). L.Paçu, 50 (1:1, E.Şahverdiyev). C.Cəfərov, 63 (1:2). E.Mahmudov, 90+3-p. (2:2).
Vərəqələr: E.Camalov, 36 (qeyri-idman hərəkəti). L.Paçu, 89 (hakimin qərarına etiraz) – sarı. E.Camalov, 70 (ciddi qayda pozuntusu) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
4 may. Bakı. “Neftçi Arena”. 850 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bəli, “Neftçi” ardıcıl ikinci mövsümü avrokuboklara yollanmaq baxımından boşa verdi. Lakin bu dəfə vəziyyət daha pisdi. Çünki uğursuzluq təkcə ilk “4-lük”dən kənarda qalmaqda və ya ölkə kubokunda mübarizəni dayandırmaqda gizlənmir. Ötən “futbol ili”ni 56 xalla 5-ci pillədə başa vuran “ağ-qaralar” indi 6-cı sıradadı. Bu azmış kimi, komanda cəmi 37 xal toplayıb. Deməli, azarkeşlərin bakılılardan “Kəpəz”lə matçda qələbə tələb etməsi üçün yetərincə ciddi əsasları var idi. Heç olmasa, turnir cədvəlində bir pillə irəlilə!
Həqiqətən “Neftçi” mövsümü 6-cı sırada bitirmək ehtimalıyla barışıbmı? Düzü, komandanın 1-ci hissədə sərgilədiyi oyun bu sualı müsbət cavablamağa icazə vermir. İş ondadı ki, futbol 90 dəqiqəni əhatə edən idman növüdü və hər saniyənin öz hökmü var. “Neftçi”nin son anda məğlubiyyətdən xilas olması da bunu sübut edir. Belədə “Kəpəz”in premyer-liqadakı yerini təmin etməsi də sonraya qaldı. Halbuki “sarı-göylər” özünü qətiyyən autsayder kimi aparmadı və futbolsevərlərə əsl derbi ab-havası yaşatdı.
Yenə də vurğuladığımız kimi, “ağ-qaralar” ilk hissədə daha fəal çıxış etdi. Hətta meydan sahibləri 3-cü dəqiqədə hesabı aça bilərdi. Ancaq Santos Ağadadaşın Ehtiram və Almeydanı aldatdıqdan sonra endirdiyi zərbəni ustalıqla dəf etdi. Bir qədər sonra Sambu uğursuz cəhdlə yadda qaldı – ingiltərəli Xvalkonu keçib topa həlledici toxunuşu reallaşdırmağa müvəffəq olsa da, qeyri-dəqiq oynadı.
Növbəti hücumu da “Neftçi”nin ifasında izlədik. Dəqiq desək, 24-cü dəqiqədə Sambuyla “divar paslaşması” edən Fernandes topu tora qovuşdurdu. “Ağ-qaralar” fərqi artırmaq üçün ilk yaxşı imkanı 38-ci dəqiqədə qazandı. Ozobiçin küncdən cərimə meydançasına göndərdiyi “kürə”ni qapıdan keçirmək lazım idi ki, Höccətin başla zərbəsi dəqiq olmadı. Bir qədər sonra Ozobiç fürsəti boşa verənlər sırasına qoşuldu. Təcrübəli futbolçunun tora qovuşdurmaq istədiyi top tirin üstündən keçdi. 44-cü dəqiqədə ələ düşən imkanı isə Sambu qeyri-dəqiqlik üzündən qaçırdı. Halbuki Mabatşoyevin səhvi üzündən “kürə”ni qazanan Koffi ideal ötürmə vermişdi. İngiltərəlinin 45+3-cü dəqiqədə fərqlənmək istəyinə gəlincə, burda Santos komandasını qoldan xialas etdi.
İndi oyunun taleyi həm də Azər Bağırovdan asılı idi ki, mütəxəssis meydana 4 hücumameyilli futbolçu çıxarmaqla hadisələrin axarını dəyişdi. İşə təzyiqi artırmaqla başlayan gəncəlilər 47-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Təbii ki, Ağadadaş Xvalkonun boş qapıya göndərdiyi topu başla uzaqlaşdırmasaydı. Hər halda, “sarı-göylər” çox keçmədən istəyinə çatdı. Daha doğrusu, 50-ci dəqiqədə Ehtiram cərimə meydançasına daxil olan Ştoqrini nəniki dayandırdı, hətta öndə fürsət gözləyən Paçunu da gördü. Topu qəbul edər-etməz sürətlə irəli şığıyan braziliyalı Höccət, Matias və Rza maneəsini aşmaqla “çərçivə”ni dəqiq nişan aldı. “Kəpəz”in növbəti qolu da özünü çox gözlətmədi. 60-cı dəqiqədə Camal baxımlı reydini qolla tamamladı. Düzü, Rza onun ilk zərbəsini dəf etdi, lakin meydanda qalan top yenidən Camalın önünə düşdüyündən ikinci cəhddə hazırlıqsız yaxalandı.
Bundan sonra “Neftçi” azlıqda qaldı. Ona görə ki, daha əvvəl “sarı” görən Elvin 70-ci dəqiqədə Ehtiramı kobud müdaxiləylə dayandırdığına görə meydandan qovuldu. İndi “Kəpəz”in daha bir qol vurması üçün mübit şərait var idi. Lakin Rati qeyri-dəqiqlik üzündən ardıcıl iki fürsəti boşa verdisə, Karimin fərqlənməsinə tir mane oldu. Matçın yekun nəticəsini isə Emin müəyyənləşdirdi. O, 90+3-cü dəqiqədə İlkinin rərimə meydançası daxilində topa əllə toxunması səbəbindən təyin edilən penaltini dəqiq yerinə yetirdi və komandasını məğlubiyyətdən qurtardı.
Gözdən qaçmadı
// Tribunalarda az sayda “Neftçi” və “Kəpəz” azarkeşləri var idi. Düzü, matçın “ağ-qaralar” üçün ev ya səfər olduğunu demək mümkün deyildi. “Neftçi” tərəfdarlarını elə küsdürüb ki…
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri