Emin Ağalarov yeni “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.
Məlumata görə, Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, Baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















