Icma.az
close
up
RU
Məhkəmə arvadına zorakılıq göstərən şəxslə bağlı qərar verdi

Məhkəmə arvadına zorakılıq göstərən şəxslə bağlı qərar verdi

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali Məhkəmədə əzab vermədə və seksual xarakterli hərəkətlərə məcbur etmədə təqsirləndirilən Namiq Cəfərovun (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az bildirir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Namiq Cəfərov ailə-məişət münasibətləri zəminində rəsmi nikahda olduğu həyat yoldaşı Mələk Cəfərovaya (adı, soyadı şərtidir) qarşı davamlı olaraq zorakılıq və işgəncə hərəkətləri törədib. O, 2021-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər müxtəlif vaxtlarda arvadının iradəsinə zidd olaraq fiziki zorakılığa, psixoloji təzyiqlərə və əxlaqsız hərəkətlərə məruz qoyub.

Belə ki, təqsirləndirilən şəxs ailə münasibətlərində əsassız qısqanclıq, qisasçılıq və aqressiya zəminində dəfələrlə arvadını nalayiq sözlərlə təhqir edib, müxtəlif vaxtlarda yumruq və təpik zərbələri vuraraq bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib, boğazından tutaraq boğub, saçlarını yolaraq sürüyüb divara çırpıb, həmçinin bərk-küt əşyalarla vuraraq güclü fiziki ağrı və psixi iztirablar verib.

Bundan əlavə, Namiq Cəfərov zərərçəkmiş şəxsi onun razılığı olmadan intim xarakterli hərəkətlərə məcbur edib, qeyri-etik davranışlara məruz qoyaraq şəxsi ləyaqətini alçaldıb. O, bu hərəkətləri ailə mənzilində və digər ünvanlarda dəfələrlə həyata keçirib, hətta azyaşlı övladlarının gözü qarşısında zorakılıq göstərərək ailədə ağır psixoloji mühit yaradıb.

Nəticədə, zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb, sağlamlığına yüngül və orta dərəcəli zərər yetirilib, eyni zamanda davamlı döymə və zorakı hərəkətlər səbəbindən güclü psixi iztirablara məruz qalıb.

İstintaq orqanı tərəfindən Namiq Cəfərovun əməli Cinayət Məcəlləsinin 133.2.6 (əzab vermə – təkrar törədildikdə) və 151-ci maddələri (seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə tövsif olunub.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsində qərarına əsasən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.

(pravda.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Yanvar 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri