Emin Ağalarovun şirkəti Qarabağda kəndlər salacaq 112 milyonluq tender udub
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İş adamı Emin Ağalarova məxsus “See Breeze Construction” MMC Ağdam, Füzuli və Xocavənd rayonlarında tikinti-bərpa işlərində layihələr icra edəcək.
“AzPolitika” xəbər verir ki, bu məqsədlə Bərpa, Tikinti və İdarəetmə Xidməti adıçəkilən şirkətlər 2 satınalma müqaviləsi imzalayıb.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 111 milyon 931 min 757 manat 16 qəpik təşkil edir.
Müqavilənin şərtlərinə görə, “See Breeze Construction” MMC Ağdam rayonunun Eyvazxanbəyli kəndi üzrə fərdi yaşayış evlərinin, mühəndis kommunikasiya sistemlərinin (yaşayış evləri üzrə) tikinti-quraşdırma işlərini həyata keçirəcək və qarşılığında 61 milyon 733 min 252 manat 89 qəpik alacaq.
Bundan başqa, şirkət Füzuli rayonunun Pirəhmədli kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri yaşayış obyektlərinin (uşaq bağçası, tibb məntəqəsi, məktəb, qazanxana və nasosxana, dizel generatoru və köməkçi tikililər), mühəndis kommunikasiya sistemləri (yaşayış evləri və obyektlər üzrə), abadlaşdırma, yaşıllaşdırma, hasar və yolların (yaşayış evləri və obyektlər üzrə) tikinti-quraşdırma işlərini həyata keçirəcək və qarşılığında 50 milyon 198 min 505 manat 27 qəpik alacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Avqust 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















