Icma.az
close
up
RU
Emin, bu, kapitana yaraşan hərəkət deyil!

Emin, bu, kapitana yaraşan hərəkət deyil!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ənənəvi ümummilli sorğunun nəticələrini açıqlayarkən Emin Mahmudovun səsvermədə iştirakdan imtina etdiyi vurğulamış, bu məsələyə dönəcəyimizi bildirmişdik. Yeni il tətili bitdi və həmin sözü tutmağın vaxtıdı.

Bəli, 2025-in futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyimiz sorğuda Emin bəy həm ikiqat (2021, 2022) qalib olduğuna, həm də “Neftçi”nin kapitanı statusuna görə iştirak hüququna malik idi. Amma adına-sanına yaraşmayan hərəkət etdi. Emin “Futbol+”in tərtib etdiyi “10-luğ”a salınmadığına görə incidi, küsdü və iştirakdan boyun qaçırdı. Hətta küskünlüyü o dərəcəyə çatdı ki, bundan sonra heç vaxt iştirak etməyəcəyi ilə bağlı da mesaj göndərdi.
Niyə Emin? Sənə münasibətdə hansı haqsızlığımız, nə vaxt və harda olub? İki dəfə sorğumuzun qalibi olmusan. 2021-də müəyyənləşdirdiyin xal rekordu (455) bu günə qədər yenilənməyib. Sənə kim və niyə qərəz göstərsin ki? Bu hərəkətin peşəkarlıqdan tam uzaq, “Neftçi” kapitanı statusuna yaraşmayan addımdı.
2025-də nə “Neftçi” adına layiq oyun sərgilədi, nə də sən. Hətta özün də dekabrın sonunda belə bir açıqlama vermisən:

“Fikrimcə, il bizim üçün çox pis alındı. Turnir cədvəli də bunu göstərir. Nəsə danışmağa dəyməz”.


Və sən ili çox pis keçirən “Neftçi”nin kapitanısan. Nəticələrə görə birbaşa məsuliyyət daşıyan futbolçuların önündə qərarlaşıbsabş Milyonlarla pul xərclənir, amma komanda sonda 6-cı yeri tutur. Avrokubokların “a” hərfindən uzaq düşür. Deyim ki, sən xaruqələr yaratmısan, mükəmməl oyun göstərmisən, yox, belə deyil. Komanda necə, sən də elə. “Neftçi”nin nəticələri artıq neçə ildi sənin durumundan aslıdı. Sən yaxşı oynayanda yaxşı olub, pis olanda pis. “Neftçi” də bu qədər uğursuzdusa, deməli, həqiqətən danışmağa dəyməz.
Millinin bombardirisən. Əhsən! Haqqın, əziyyətin danılmazdı. Artıq Azərbaycan futbolunun tarixinə düşmüsən. Amma hansı millinin? İl ərzində bir qələdə də qazana bilməyən millinin! Sənin istedadına, futbolçu keyfiyyətlərinə şübhə yoxdu. Biz Azərbaycan futbol tarixinin ən yaxşılarını müyyənləşdirmək üçün sorğu keçirmirdik, 2025-ci ilin ən yaxşısı üçün sorğu keçirirdik.
2025-ci ildə 42 oyuna çıxmısan, 11 qol vurmusan. Nəticə də göz qabağındadı. Qəbul edək ki, son zədələrdən sonra hələ də formanı bərpa edə bilməmisən. Yaxşı oyunların var, amma sabit şəkildə deyil. 33 yaşdan sonra olar, olmaz – bu da ayrı sualdı. İnanaq ki, olar.
“Neftçi” uğursuz olduğu müddətdə “Neftçi”nin kapitanı necə uğurlu ola bilər? Komandan ötən mövsümü 6-cı yerdə bitiribsə, bu mövsümün qış fasiləsinə 8-ci pillədə yollanıbsa, necə ən yaxşı 10 futbolçudan biri olduğunu düşünürsən? Düzdü, komandanın oyunu bir nəfərdən asılı deyil. Amma “Neftçi” üç mövsümdü sən yaxşı oynayanda yaxşı nəticə göstərir. Sən bu komandanın beynisən. Sən işləməyəndə “Neftçi” adına yaxşı heç nə olmur. Sən gedənə qədər olmayacaq da.
Sorğuya şəxsi maraqlara əsir düşüb qatılmamaqla, təəssüf ki, peşəkarlıqdan uzaq idmançı olduğunu göstərdin. Ümid edək ki, səhvini anlayar, növbəti sorğuda iştirak etmək istəyərsən. Təbii, ona qədər “Neftçi”də qalsan...
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri