Icma.az
close
up
RU
“Emin Əmrullayev, ora mebel göndərin” KONKRET

“Emin Əmrullayev, ora mebel göndərin” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Milli Məclisin iclasında çıxış edən deputat Səyyad Aran əvvəlcə ölkəmizdəki iqtisadi inkişafdan bəhs edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, deputat bildirib ki, qarşıdakı illərdə daha yüksək nəticələr əldə olunacaq. Ardınca S.Aran bəzi problemlərdən bəhs edib. Bildirib ki, İmişli şəhərindəki 1 saylı tam orta məktəbdə çox böyük sıxlıq var: “Mən nazirlə iki dəfə danışmışam. Mənə statistika söylədi, tam qəbul elədim. Bəli, azalma gedir. Hətta bu azalma, yəni, məktəbə gələn uşaqların sayında o dərəcədə diqqət çəkib ki, ölkə mətbuatı da bundan danışır. İndi bu, ayrı bir tamam məsələdir. Bunu həll edərik. Yəni nazirlə razılaşdığım məsələ budur. Amma 1 saylı tam orta məktəbdə bu azalma hiss olunmur. Türklərin ağzı ilə desək, İmişlinin mərkəzi hissəsində yerləşir bu 1 saylı tam orta məktəb. Əhalinin çox sıx məskunlaşdığı yerdir. Məktəbdə 28 otaq, 56 sinif var. Saat 08.00-dan 18:00-a qədər burada iki növbəli dərs gedir. Mən təklif eləmişdim ki, modul məktəblər tikilsin. İbtidai hissə əsas binadan çıxarılsın, bir az həm seyrəklik olsun, həm də bu uşaqlar böyüklərin əli altında qalmasın”.

S.Aran bildirib ki, məktəbin akt zalı yararsız partalarla, stollarla, stullarla, şkaflarla doludur: “Məktəbin rəhbəri yumşaq desək ehtiyatlandığından, amma əslində qorxduğundan, onu silə bilmir. İstəyirəm ki, Təhsil Nazirliyindən səlahiyyətli bir adam gəlsin, o əşyaların silinməsi ilə bu akt zalını qurtarsın, xilas eləsin. Sonra isə hörmətli Emin (Əmrullayev-red.) müəllim, ora bir mebel göndərin! Səhnə ilə bağlı mebellər də göndərin! Əgər məktəbin akt zalı yoxdursa, biz hansı ideoloji təbliğatdan, hansı vətənpərvərlikdən danışa bilərik? Bu məktəbə yardım göstərin. İkinci, Çaxırlı və Bəhrəmtəpə qəsəbə kənd orta məktəbləri…Mətbuatda mənim bu məktəblər üçün nə elədiyimi tapıb, köməkçilərinizə deyin, sizə göstərsinlər. Amma iki məsələ var, stadion məsələsi. Bax, Bəhrəmtəpə futbol məktəbi Azərbaycana, Qarabağ klubuna və milli yığmasına Bəhlul Mustafazadə kimi bir oyunçu, qapıçı yetirib. Bu regionda futbolun inkişafı üçün potensial böyükdür, lakin şərait qənaətbəxş deyil. Stadionun mühafizəsinin təmin edilməsi, həmçinin cüzi inventar – bir neçə set formalar, 5–6 top, 2 qapı toru və digər avadanlıq verilsə, nəticələr daha yaxşı olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri