Emin Əmrullayev: Uşaqların təxminən 40 50% i ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.
“Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimdən də yüksək standart tələb etməliyik. Biz təhsillə bağlı gözləntilərimizi qaldırmalıyıq. Bu standartlar tədricən xüsusilə ali təhsil sahəsində artacaq. İbtidai təhsili düzəltmədən orta təhsili, tam orta təhsili, ali təhsili düzəltmək mümkün deyil. Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir. Düz yol budur. Burada qısa yollara gedib görüntülü layihələr etməkdənsə, ibtidai təhsili düzəltməliyik. Burada iki amil var: müəllim və ev, ailə”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















