Icma.az
close
up
RU
Emin Əmrullayevin “Şərq Qərb” sevdası ETİBAR ƏLİYEV YAZIR

Emin Əmrullayevin “Şərq Qərb” sevdası ETİBAR ƏLİYEV YAZIR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Şərq-Qərb” nəşriyyatında  2017- ci ildə “Rus bölməsi” üçün 7 min tirajla çap olunmuş 10-cu sinif  “Всеобщая история” dərsliyində qondarma “Velikaya Armeniya” xəritəsi yer almışdı. Bu, ölkəmiz üçün birbaşa təxribat idi. O zaman nəşriyyatın faktiki sahibi Ramiz Mehdiyev böyük vəzifə tutduğundan bunun üstünü ört-basdır etdilər.

Şərq-Qərb” ASC-nin səhimlərinin 96,5%-i Fövqəladə hallar nazirinin müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.

2001-ci ildə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir.

“Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin tam nəzarətindədir. Və bu Nəşriyyat Milli Ensiklopediyanın bir mərtəbəsini qanunsuz olaraq zəbt edib.

Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə  Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edilib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödənilmişdir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun imzaladığı “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları haqqında” 30 dekabr 2007-ci il tarixli 140 nömrəli Əmrin 5.5-ci bəndində qeyd olunur ki, işçi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.

Əmrin imzalanmasından 18 il ötür. Lakin T. Mehdiyev hələ də iş başındadır…

“Şərq-Qərb” ASC Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu illərdə bu qurumun tender tərəfdaşı olub, hətta Hesablama Palatası 2020-ci ilə dair hesabatında nəşriyatda ciddi nöqsanlara yol verildiyini bəyan edib.

“Belə ki, AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib. Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquq pozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib”.

Emin Əmrullayev yavaşımır…

2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin  qalibi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) olub.

Nazirlik qalib şirkətlə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.

Zəruri qeyd: “Şərq-Qərb” nəşriyyatı ilə Elm və Təhsil nazirliyi arasında vasitəçilik missiyasını 5-ci kalonun görkəmli nümayəndəsi Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva həyata keçirir. Nəşriyyatda kadrların böyük əksəriyyəti onun tapşırığı ilə işə götürülüb. M. Vəliyeva indi də mənasız təlimlər adı ilə Elm və təhsil nazirliyindən milyonlarla manat qrant adı ilə vəsait qoparır. Nazirliyin milyonları Feminist təşkilata və 5-ci kalonun adamlarına səxavətlə paylanılır…

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri