Emin Mahmudov: Məşqlərə başlamamışam, bərpa prosesi davam edir İdman və Biz
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Məşqlərə başlamamışam, bərpa prosesi davam edir".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin və Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
32 yaşlı yarımmüdafiəçi zədəsinin hələ də sağalmamasına toxunub:
"Hazırda heç bir dəyişiklik yoxdur. Məşqlərdə iştirak etmirəm. Bu həftə oynamayacağım dəqiqdir. Növbəti oyuna isə baxacağıq".
Qeyd edək ki, Emin Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnib. "Neftçi" Misli Premyer Liqasının XVII turunda, dekabrın 15-də "Kəpəz"i qəbul edəcək. "Ağ-qaralar" ilin son turunda, dekabrın 21-də isə "Turan Tovuz"un qonağı olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















