Əminə Şirinin səhhətində problem yarandı: 3 gün ayağa qalxa bilmədim (Video)
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Müğənni Əminə Şirinin səhhətində problem yaranıb.
Milli.Az-ın məlumatına görə, sənətçi sosial şəbəkə hesabında video paylaşaraq son günlər yaşadığı narahatlıq barədə məlumat verib. O bildirib ki, üç gün əvvəl səhər saat 07:00 radələrində bədənində kəskin ağrılarla yuxudan oyanıb.
Əminə həmin vaxtdan etibarən təzyiqinin çox aşağı olduğunu və ayağa qalxa bilmədiyini deyib. Onun sözlərinə görə, bu müddət ərzində iki dəfə təcili tibbi yardım çağırılıb və ona lazımi müdaxilə göstərilib.
"Üç gündür təzyiqim o qədər aşağı idi ki, yerimdən qalxa bilmirdim. İki dəfə təcili yardım gəlib. Dərman-dərman etdilər, nə vaxt düzələcəyimi bilmirdim", - deyə sənətçi bildirib.
Müğənni hazırda özünü daha yaxşı hiss etdiyini qeyd edib. O, yaxın zamanda yeni layihəsini təqdim edəcəyini də açıqlayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















