Icma.az
close
up
RU
Əminə Tağı: Uzun müddət ürəyimdə gəzdirdiyim arzumu həyata keçirdim

Əminə Tağı: Uzun müddət ürəyimdə gəzdirdiyim arzumu həyata keçirdim

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Rəqibin erməni olması mənim üçün əsas deyil, əsas məqsəd qalib gəlməkdir".

Bunu Oxu.Az-a müsahibəsində Serbiyanın Novi-Pazar şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Əminə Tağı deyib.

- Əminə xanım, ilk olaraq sizi təbrik edirik! Avropa birinciliyində qələbə qazanmaq necə hissdir?

- Çox xoşbəxtəm və fəxr edirəm. Ürəyimdə uzun müddət gəzdirdiyim arzumu həyata keçirdim.

- Bu yarışa hazırlaşmaq sizin üçün nə qədər çətin və məsuliyyətli oldu?

- Çox çətin və məsuliyyətli idi. Hər məşqdə maksimum gücümü verməli idim, həm fiziki, həm də ruhi olaraq özümü hazırlamalı idim. Hər dəfə fikirləşirdim ki, bu yarış mənim gələcəyim üçün önəmlidir, ona görə də heç vaxt geri çəkilmədim.

- Rəqibinizin erməni idmançı olması sizdə əlavə motivasiya yaratdı, yoxsa bu sadəcə növbəti döyüş kimi idi?

- Mən idmançıyam və hər döyüşə eyni ciddiliklə yanaşıram. Rəqibin erməni olması mənim üçün əsas deyil, əsas məqsəd qalib gəlməkdir. Siyasətdən kənar idim, sadəcə döyüşə hazırlaşırdım.

- Döyüş zamanı taktikanız nə idi və rəqibinizi necə analiz etdiniz?

- Finaldaki rəqibim ikiqat Avropa çempionu idi. Döyüşdən əvvəl onun bütün görüşlərini yenidən izlədim və rinqdə necə davrandığını bildim. Rəqibimin zəif tərəflərini əvvəlcədən analiz etmişdim və onları vurmağa diqqət yetirdim. Fikirləşirdim ki, çox çətin olacaq, amma döyüşdə gördüm ki, düşündüyümdən daha asan oldu. Bu məni özümə daha da inandırdı və öz işimi görməyə imkan verdi.

- Ən kritik an sizcə hansı oldu və o anda nə düşündünüz?

- Mənim üçün ən kritik an üçüncü raund idi. O raundda mən tam gücümlə vuruşmalı, gücümü tam verməli idim ki, qalib gəlim. Raundun hər saniyəsi çox vacib idi və buna görə də bütün diqqətim orada idi.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 İyul 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri