Icma.az
close
up
RU
“Əminəm ki, “Ayaks” özünə gələcək, amma ümid edirəm bu oyunda yox” Vaqif Cavadovun ə AÇIQLAMASI

“Əminəm ki, “Ayaks” özünə gələcək, amma ümid edirəm bu oyunda yox” Vaqif Cavadovun ə AÇIQLAMASI

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Ayaks” görüşünə sayılı saatlar qalıb.

Qarşılaşma ilə bağlı müxtəlif proqnozlar səslənərkən, həm Niderland futbolunu, həm də “Qarabağ” klubunu dərindən tanıyan Vaqif Cavadov öz fikirlərini İdman.Biz-lə bölüşüb.

Hazırda “Sumqayıt” futbol klubunun əvəzedicilərinin baş məşqçisi olan sabiq hücumçu futbolçu kimi həm “Qarabağ”ın, həm də “Tvente”nin formasını geyinib və sonuncu klubla Niderland çempionu olub.

Cavadov ailəsi ilə birlikdə sabahkı matçı stadiondan izləyəcəyini bildirib:

“Qarabağ”a stadionda bütün ailəlikcə azarkeşlik edəcəyik. Dörd bilet almışam, sabah axşam həyat yoldaşım və iki övladımla birlikdə oyuna gedəcəyik. Əminəm ki, “Qarabağ” bizi sevindirəcək və bu matçda qalib gələcək. Bəli, “Ayaks”da vəziyyət heç də yaxşı deyil, amma bu komanda böyük ənənələrə və özünəməxsus oyun üslubuna malikdir. Mən həmçinin inanıram ki, Çempionlar Liqasının əsas mərhələsində hələ də xal qazanmayan “Ayaks” tezliklə özünə gələcək, amma ümid edirəm ki, bu, sabahkı oyunda baş verməyəcək! “Qarabağ”dan 2:1 hesablı qələbə gözləyirik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, “Qarabağ” - “Ayaks” oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Vüqar Vüqarlı

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri