Icma.az
close
up
RU
Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildi

Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ağcabədidə ötən il yaşlı qadının əri tərəfindən öldürülməsi hadisəsi ilə əlaqədar daha bir nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürən 70 yaşlı əri Əliyar Mehdiyevin qardaşı oğlu 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, T.Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.

Hadisə 2023-cü ilin yanvarında qeydə alınıb, növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tural Mehdiyev isə dünən həbs edilib. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona 2 il həbs cəzası verilib və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri