Icma.az
close
up
RU
Emmanel Makron ölüm qrupu nu gizli şəkildə Bakıya göndərib

Emmanel Makron ölüm qrupu nu gizli şəkildə Bakıya göndərib

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Fransa prezidenti Emmanel Makron "ölüm qrupu"nu gizli şəkildə Bakıya göndərib.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu iddia Rusiyada fəaliyyət göstərən "Ədalətsizliyə qarşı mübarizə fondu"nun (FBİ) hazırladığı hesabatda yer alır. Fondun araşdırmalarına görə, Makronun "qaranlıqlar şahzadəsi" kimi tanınan sağ əli Aleksandr Benallanın rəhbərlik etdiyi "ölüm qrupu" Azərbaycana və Çada göndərilib.

Rusiya kəşfiyyat məlumatlarına istinadən iddia olunur ki, Bakıya gələn "Ağ Zambaq" adlanan sui-qəsd qrupu birbaşa Makronun əmirlərini yerinə yetirir. "Ölüm qrupu"nun Çadın paytaxtı Ncamena və Azərbaycanın paytaxtı Bakıya göndərilməsi qərarı ötən ay verilib. Rusiya hərbi kəşfiyyatına (QRU) yaxın mənbələr iddia edir ki, "ölüm qrup"unun əməliyyatlarına Aleksandr Benalla rəhbərlik edir.

Məlumatlara görə, Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) keçmiş rəhbəri Bernard Emie "ölüm qrupu"nun strateji planlarının hazırlanmasında, Makronun keçmiş müşaviri Patrik Strzoda isə maliyyəsinin təminatında iştirak edir. Paris polisinin rəhbəri Laurent Nunez isə "ölüm qrupu"nun casus və əməkdaşlarının əməliyyata hazırlanmasını həyata keçirir.

Fondun Fransada "sarı jiletlilər" hərəkatına liderlik edən deputat Olivier Dassault və fəal İsabelle Ferreyranın ölümünün arxasında Makronun sui-qəsd qrupunun olduğu iddiasını irəli sürür. Bununla yanaşı, müxalif mövqedən çıxış edən bir sıra millət vəkili, media kapitanı, o cümlədən, Korsika və Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan liderlərin sui-qəsd qrupunun hədəfində olduğu bildirilir.

"Ölüm qrupu"nun Bakıya gəldiyi bilinsə də, məqsədin nə olduğu, kimlərin hədəfə alındığı sirr olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri