Icma.az
close
up
RU
Emmanuel Makronun pensiya islahatının təxirə salınması ilə bağlı açıqlaması qeyri müəyyənlik yaradıb

Emmanuel Makronun pensiya islahatının təxirə salınması ilə bağlı açıqlaması qeyri müəyyənlik yaradıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 22 oktyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun pensiya islahatının tarixini təxirə salması ilə bağlı açıqlaması hökumətdə çaşqınlıq yaradıb. Pensiya islahatının gələcəyi sual altındadır.

AZƏRTAC xəbər verir ki, Makron açıqlaması siyasi arenada da yeni bir qeyri-müəyyənlik yaradıb. Onun Sloveniyaya səfərinin sonunda verdiyi bəyanat, hökumət daxilində fikir ayrılığını üzə çıxarıb və Baş nazir Sebastyən Lökornünün Fransa Sosialist Partiyasının dəstəyini almaq üçün verdiyi vədləri zərbə altında qoyub.

Makronun sözlərinə görə, söhbət islahatın ləğvindən və ya dayandırılmasından getmir. O, bunu sadəcə “vaxt cədvəlinin dəyişdirilməsi” adlandırıb.

“Bu, nə ləğv, nə də dayandırmadır. Bu, sadəcə 63 yaş həddinin 1 yanvar 2027-dən 1 yanvar 2028-ə keçirilməsi və bunun maliyyə qənaətləri ilə təmin olunmasıdır”, – deyə prezident bildirib.

Bu açıqlama, əvvəlki günlərdə Baş nazir Lökornü tərəfindən verilmiş “islahat dayandırılıb” açıqlaması ilə ziddiyyət təşkil edir. Sebastyən Lökornü oktyabrın 14-də ümumi siyasət nitqi zamanı pensiya islahatının dayandırıldığını elan etmişdi. Hətta bu qərarı Sosial Müdafiə Büdcəsinə dəyişikliklər edən məktub vasitəsilə Dövlət Şurasına təqdim etdiyini də bildirmişdi. Bu, qərarın hüquqi baxımdan qüvvəyə minməsi üçün vacib bir addım idi.

Hökumət məsələyə aydınlıq gətirmək üçün iki ardıcıl Nazirlər Şurası toplantısı planlaşdırıb. Lakin Prezidentin ifadə etdiyi “sadəcə tarix dəyişir” yanaşması, Baş nazirin islahatın dayandırıldığına dair verdiyi bəyanatlarla ziddiyyət təşkil edir və hökumət daxilində kommunikasiya böhranı yaşandığını göstərir.

Prezident Makron islahatın gələcəyinin hələ açıq qaldığını və xalq məsləhətləşməsi – yəni referendum ehtimalını da istisna etmədiyini bildirib.

“Referendum mümkün ola bilər, amma bunun nədən ibarət olacağını dəqiq bilmək lazımdır. Mənim vəzifəm bu qərarı indi vermək deyil”, - deyə Makron qeyd edərək parlamentdə sakit və təmkinli debatlara, sonra isə sosial tərəfdaşlarla (sindikatlar və işəgötürənlər) yeni danışıqlara çağırıb. Bu prosesin sonunda hansı yolun seçiləcəyinə qərar veriləcək.

Analitiklərə görə, Makronun bu çıxışı Baş nazir Lökornünün Sosialist Partiyası ilə qurmağa çalışdığı tarazlığı poza bilər. Sosialistlər islahatın dayandırılmasını müvəqqəti siyasi qələbə kimi qiymətləndirmişdilər. Lakin Prezidentin bəyanatı parlamentdə müxalifətin yenidən aktivləşməsinə səbəb ola bilər.

Emmanuel Makronun pensiya islahatı ilə bağlı “tarixi təxirə salmaq” ifadəsi hökumət daxilində fikir ayrılıqlarını üzə çıxarıb, Baş nazirin mövqeyini zəiflədib və islahatın gələcəyini bir daha qeyri-müəyyənliyə sürükləyib. Referendum ehtimalı açıq qalsa da, real addımların hansı istiqamətdə atılacağı hələ də bəlli deyil. Fransa Makronun ikinci mandatı müddətində siyasi sabitliklə bağlı yeni bir sınaqla üz-üzədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri