Emoməli Rəhmon 2025 ci ili Tacikistan üçün tarixi adlandırıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tacikistan Prezidenti Emoməli Rəhmon 2025-ci ili ölkəsi və xalqı üçün siyasi baxımdan tarixi il adlandırıb.
525.az xəbər verir ki, bu barədə dövlət başçısı Tacikistan Xalq Demokratik Partiyası Mərkəzi İcraiyyə Komitəsinin genişləndirilmiş iclası zamanı deyib.
Prezident bunu onunla əsaslandırıb ki, ilin əvvəlində mühüm siyasi kampaniya - Məclis Namoyandaqon (Tacikistan parlamentinin aşağı palatası) və yerli məclislərə deputat seçkiləri yüksək təşkilati səviyyədə keçirilib.
“Tədbirin səviyyəsi və keyfiyyəti, insanların orada fəal iştirakı ölkə vətəndaşlarının siyasi mədəniyyətinin formalaşdığını, vətənpərvərlik hisslərinin yüksəldiyini bir daha əyani şəkildə nümayiş etdirdi. Bu siyasi hadisədə digər partiyalarla yanaşı, Tacikistan Xalq Demokratik Partiyası da fəal iştirak edib”, - Prezident söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















