Icma.az
close
up
RU
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən, telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
seeBaxış sayı:68
embedMənbə:https://azvision.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri