Emrah Çelikel: Bu barədə geniş açıqlama verməyin düzgün olmadığını hesab edirəm
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Sevilya" ilə danışıqlar davam edir, futbolçunun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik". Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikel Juninyonun İspaniya təmsilçisinə mümkün keçidi ilə bağlı danışarkən deyib.
Klub rəsmisi danışıqların hələlik yekunlaşmadığını söyləyib:
"Hazırda nəticə əldə olunmayıb. İşlər yekunlaşmadıqca, bu barədə geniş açıqlama verməyin düzgün olmadığını hesab edirəm. Proses davam edir. Tərəflərin maraqlarına uyğun nələrsə dəyişə, iki klubdan biri imtina edə bilər. Amma danışıqlar davam edir, oyunçu da bu keçiddə maraqlıdır. Biz də onun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik".
İspaniyanın "Ficherio" nəşri Juninyonun "Sevilya"ya transferinin tamamlanmaq üzrə olduğunu və razılaşma üçün bəzi detalların qaldığını vurğulayıb.
Qeyd edək ki, "Sevilya" bir müddət əvvəl Ağdam təmsilçisinin forvardı üçün rəsmi təklif göndərib. Tərəflər arasında ilkin danışıqlar uğursuz alınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















