Emreli və Renkadan sonra hədəf İlkin Həsəni oldu FOTO
Son zamanlar sosial şəbəkələr, xüsusilə "WhatsApp" vasitəsilə insanların aldadılması halları tez-tez rast gəlinən dələduzluq üsulları arasında yer alır. Bu dəfə dələduzluğun hədəfində tanınmış aparıcı İlkin Həsəni olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aparıcının adından istifadə edən naməlum şəxs onun tanışlarına müraciət edərək pul istəyib.
İ.Həsəni sosial şəbəkə hesabında bu hadisə ilə bağlı paylaşım edərək yazıb:
"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır", - deyə İ.Həsəni yazıb.
Milli.Az
Baxış sayı:62
Mənbə:https://news.milli.az