Ramazan Əhmədov dünya çempionatının finalına yüksəldi YENİLƏNİR
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin iki üzvü medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov finala yüksəlib. O, həlledici görüşdə Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə qarşılaşacaq.
100 kq-da mübarizə aparan Davud Namazlı isə təsəlliverici görüşdə Fransa cüdoçusu Qaya Sonntaqa ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Bundan əvvəl Ramazan Əhmədov 1/8 finalda monqolustanlı Temuulen Munxçuluunu, 1/4 finalda isə Niderland təmsilçisi Steyn Oldenhofu məğlub edib. Davud Namazlı isə 1/8 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova, 1/4 finalda özbəkistanlı Muxammadobid Maxmarayimova qalib gəlib. Yarımfinalda isə məğlub olub.
Digər təmsilçilərimizdən 90 kq-da Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb. Eyni çəkidə çıxış edən Aslan Kotsoyev əvvəlcə Dilşod Naşirovu məğlub etsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə yenilib.
100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı üstələyərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb. Final bloku saat 16:00-da başlayacaq.
Bakıda cüdo üzrə kəmər imtahanı keçiriləcək Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşib Federasiya rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşdü Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 21 Noyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















