Icma.az
close
up
RU
EMTA və GNERC təcrübə mübadiləsini sürətləndirir

EMTA və GNERC təcrübə mübadiləsini sürətləndirir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 mart, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) arasında növbəti onlayn seminar keçirilib.

AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan EMTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə seminarın təcrübə mübadiləsi baxımından səmərəli olacağına ümidvar olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.

Seminarda GNERC-nin Hüquq şöbəsinin baş hüquqşünası Ana Nebieridze “Rəqabətli pərakəndə elektrik enerjisi bazarı çərçivəsinin yaradılması: Gürcüstan təcrübəsindən nəticələr”, Hüquq şöbəsinin baş mütəxəssisi Maya Breqvadze “Enerji tənzimlənməsində maraqlı tərəflərin iştirakını təmin etmək üçün yanaşmalar” və Mübahisələrin və xidmətlərin idarə edilməsi şöbəsinin direktor müavini Tea Losaberidze “Şikayətlərin baxılması mexanizmləri və mübahisələrin həllinin praktik metodları” adlı təqdimatlarla çıxış ediblər.

Daha sonra EMTA-nın Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov “Azərbaycan – Yaşıl enerji məkanı (resurs potensialından regional yaşıl enerji dəhlizlərinədək)” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2024-cü il fevralın 21-də EMTA ilə GNERC arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb. Tərəflər təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi istiqamətində təlimlərin təşkil olunması ilə bağlı razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri